Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Klinika rəhbəri həbs edildi-YENİLƏNİB
Klinika rəhbəri həbs edildi-YENİLƏNİB
23 May 2017 / 16:39 / Baxış sayı: 4808
Font1 Font2 Font3 Font4

Gürcüstan prokurorluğu Tbilisidə fəaliyyət göstərən “Lanset” klinikasının direktoru, qalmaqallı doktor Fərman Ceyranovn həbsi ilə bağlı rəsmi açıqlama yayıb. Virtualaz.org xəbər verir ki, prokurorluq Ceyranovun orqan transplantasiyası ilə bağlı maxinasiyalara görə həbs olunduğunu açıqlayıb. Hansı ki, bu maxinasiyaların nəticəsində iki nəfər ölüb.

Açıqlamada deyilir ki, klinikanın direktoru 2016-cı ilin əvvəllərində Azərbaycandan xiruq-transplantoloq dəvət edib, hansı ki, onun heç bir tibb sahəsi üzrə Gürcüstan sertifikatı olmayıb. Bundan sonra təqsirləndrilən şəxs pasiyentləri klinikaya cəlb etmək üçün sosial şəbəkələrdə və telekanallarda belə məlumat yayıb ki, guya klinikaya transplantologiya üzrə Türkiyədən həkim-mütəxəssis dəvət olunub, həmin mütəxəssis klinikada qara ciyər problemlərindən əziyyət çəkənlər üçün pulsuz müayinələr təşkil edir.

2016-cı ilin fevralında iki Gürcüstan vətəndaşı klinikaya müraciət edib. Klinikada pasiyentlərə bildiriblər ki, onların qara ciyər transplantasiyasına ehtiyacı var, ölkədə isə Türkiyədən olan mütəxəssis-transplantoloqlardan ibarət qrup fəaliyyət göstərir, guya həmin qrup dəfələrlə uğurlu qara ciyər nəqli həyata keçirib.

Pasiyentlərdən biri klinikanın direktoruna 99 min lari (41 min dollar) ödəyib, ikincisi isə borc müqaviləsi bağlayıb və müqaviləyə görə 2016-cı il aprelin 10-na qədər klinikaya 40 min dollar ödəməli idi.

“Əməliyyatların keçirilməsinə qədər “Lanseti” MMC-nin direktoru F.C. pasiyentlərə, donorlara və onların ailə üzvlərinə qara ciyər nəqli ilə bağlı risklər haqda məlumat verməyə borclu idi. Habelə əməliyyat barədə transplantologiya Şurasını məlumatlandırmalı, qara ciyər nəqli üçün icazə almalıydı. Lakin o, bunları etməyib”-Gürcüstan Baş prokurorluğu bildirir.

Qara ciyər nəqli üçün birinci əməliyyat klinikada 2016-cı il martın 3-də, ikincisi martın 8-də keçirilib. Hər iki pasiyent əməliyyatdan bir həftə sonra ölüb. Faktla bağlı iri məbləğdə dələduzluq, insanların sağlamlığı üçün risk yaradan saxtalaşdırma, məlumatların gizlədilməsi maddələri ilə iş qaldırılıb. Bu maddələr üzrə 6 ildən 9 ilə qədər həbs nəzərdə tutulur. İstintaq cinayətin digər iştirakçılarının aşkaa çıxarılması üçün işləyir.

Fərman Ceyranovun qara ciyər nəqli üçün Azərbaycandan dəvət etdiyi və türk kimi qələmə verdiyi həkimin kimliyi göstərilmir.

Xatırladaq ki, Fərman Ceyranovun barəsində bir neçə il əvvəl Azərbaycanda da korrupsiya və mənimsəmə ittihamları ilə cinayət işi qaldırılmışdı.

***11:29

“Lanset” klinikasının təsisçilərindən biri olan Fərman Ceyranlı həbs edilib. “Bizimxeber” xəbər.ge-yə istinadən xəbər verir ki, həbs edilən Fərman Ceyranlı cinayət məcəlləsinin 180-ci maddəsi ilə günahlandırılır.

Qeyd olunan maddə isə dələduzluqdur. Cinayət işində iki nəfərin adı keçir. 

Məlumata görə, klinikada 2016-cı ildə qanunsuz ciyər transplantasiyası əməliyyat baş tutub. Əməliyyat uğursuz olduğundan xəstə dünyasını dəyişib. Hüquq mühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə bir müddət əvvəl “Lanset” in lisenziyası geri alınıb. Fərman Ceyranlıya rəsmi ittiham bu gün irəli sürüləcək. Hazırda o baş polis idarəsinin müvəqqəti təcridxanasındadır.

Fərman Cahan oğlu Ceyranlı 1957-ci ildə Saqareco rayonunda anadan olub. 1974-cü Yor-Muğanlı kəndində orta məktəbi bitirib və elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub.

1980-ci ildə institutu bitirib və sonra 1 saylı Tbilisi şəhər klinik xəstəxanasında cərrahiyyə üzrə internatura keçib. 1982-ci ildən 1992-ci ilə qədər İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının cərrahi xəstəliklər kafedrasında əvvəlcə baş laborant, sonra isə kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və şöbə müdiri kimi fəaliyyət göstərib.

1985-ci ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə edib.

On il Moskvada elmi fəaliyyət göstərməklə yanaşı, həm də praktik cərrah kimi çalışan F.Ceyranlı sonradan fəaliyyətini Azərbaycanda davam etdirib. 1993-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Elm idarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi cərrahlıq mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb, eyni zamanda Səhiyyə Nazirliyinin baş cərrahı olub.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə