Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan XİN Mançesterdəki terrorla bağlı -AÇIQLAMA YAYDI
Azərbaycan XİN Mançesterdəki terrorla bağlı -AÇIQLAMA YAYDI
23 May 2017 / 12:06 / Baxış sayı: 54
Font1 Font2 Font3 Font4

Azərbaycan Xarici İşlər Nazirliyi Mançesterdə stadionda törədilən terror hücumunu pisləyib. “Report” xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətindən bildiriblər.

“Baş verənlərlə əlaqədar ölənlərin ailələrinə və Britaniya hökumətinə dərin hüznlə başsağlığı veririk”, – XİN-dən bildiriblər.

Qeyd edək ki, mayın 22-də “Mançester arena”da keçirilən konsert zamanı partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər həlak olub, təxminən 60 nəfər yaralanıb.

Böyük Britaniyanın baş naziri Tereza Mey Mançesterdəki partlayışı dəhşətli terror aktı kimi dəyərləndirib. Polisin məlumatına görə, partlayışı ilkin ehtimallara görə, təkaşına hərəkət edən terrorçu-kamikadze törədib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə