Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Cocuq Mərcanlı” yarımstansiyasının inşası başa çatır
“Cocuq Mərcanlı” yarımstansiyasının inşası başa çatır
23 May 2017 / 12:08 / Baxış sayı: 118
Font1 Font2 Font3 Font4

Azərbaycan prezidenti İlham Əliyevin “Işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 24 yanvar 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar müvafiq infrastrukturun yaradılması, o cümlədən ərazidə elektrik təsərrüfatının bərpa edilməsi istiqamətində “Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər aparılmaqdadır.

Cocuq Mərcanlı kəndinin elektrik enerjisi təchizatının təmin edilməsi məqsədi ilə Füzuli Elektrik Şəbəkəsinin 35/10 kV-luq “Horadiz” yarımstansiyasından 8.300 metr məsafədə yüksək gərginlikli 35 kV- luq ikidövrəli elektrik xətti çəkilib və bu xəttdə son tamamlama işləri görülür.

Səhmdar Cəmiyyət tərəfindən Cocuq Mərcanlı kəndi ərazisində müasir standartlara cavab verən 35/10 kV-luq yeni yarımstansiya inşa edilib. Transformatorlarının gücü 2×6,3 MVA olan yeni yarımstansiyanın 35 və 10 kV-luq tərəflərində son montaj işləri aparılır. Cocuq Mərcanlı kəndində yeni özünüdaşıyan izolyasiyalı naqillərlə qurulan yeni 0,4 kV-luq şəbəkə yaradılıb.

Kənd ərazisində bərpası nəzərdə tutulan yaşayış binalarının elektrik təchizatı üçün 1 ədəd 10/0,4 kV-luq 1000 kVA gücündə yeni Komplekt Transformator Məntəqəsi, həmçinin 1 ədəd subartezian quyusuna xidmət edəcək 40 kVA gücündə yeni transformator quraşdırılıb. Ümumilikdə “Cocuq Mərcanlı” yarımstansiyası ətraf əraziləri, hərbi obyektləri və perspektivdə işğaldan azad olunacaq kəndləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə