Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

405 min dollarlıq qalmaqal: bəstəkar məmuru məhkəməyə verdi
405 min dollarlıq qalmaqal: bəstəkar məmuru məhkəməyə verdi
23 May 2017 / 12:11 / Baxış sayı: 1236
Font1 Font2 Font3 Font4

Bir çox məşhur mahnıların müəllifi Tural Bayraməliyev biznes ortağı Şadiyə Salehlini məhkəməyə verib.

Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Ş.Salehli bir neçə gün öncə T.Bayraməliyevin şərikli biznes qurmaq adı ilə onu aldadıb və 405 min ABŞ dolları pulunu aldığı barədə mətbuata məlumat vermişdi.

Bu iddianı əsassız sayan və ona iftira atıldığını deyən nəğməkar şair oxu.az-a açıqlamasında şərikini məhkəməyə verdiyini bildirdi:

“Heç bir əsası olmayan iddia irəli sürüb. Nüfuzuma xələl gətirməyə çalışıb. Külli miqdarda faizə pul buraxan bu xanım haqqında mənim də irəli sürəcəyim iddialarım var. Amma bunun hüquqi müstəvidə çözülməsinə çalışacağam. Onun barəmdə söylədiyi fikirlərin sübutu yoxdur. Şərikli işlədiyimiz zamanda mənim ona borcum qalmayıb. Sübut edəcəm ki, dələduz mən yox, onun özüdür. Nüfuzuma xələl gətirdiyi üçün məhkəmədə ondan 500 min manat təzminat tələb edəcəyəm”. (qaynarinfo.az)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə