Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xətai rayonunda daha bir yaşıllıq zolağı məhv edildi – FOTO-VİDEO – ÖZƏL
Xətai rayonunda daha bir yaşıllıq zolağı məhv edildi – FOTO-VİDEO – ÖZƏL
23 May 2017 / 13:12 / Baxış sayı: 1814
Font1 Font2 Font3 Font4

Xətai rayonunda daha bir yaşıllıq zolağı məhv edilir.  Rayonun Gəncə prospekti, Şəms restoranının arxasında yaşayan sakinlər aidiyyatı qurumlardan burda nəyin baş verdiyinə aydınlıq gətirilməsini tələb edirlər. 

arxiv.bizimxeber.az-ın məlumatına görə, illərdir qorunub saxlanılan bu yaşıllığn məhvinə start verilib. Demək olar ki, 100-lərlə ağac gecə saatlarında kəsilərək harasa daşınır. Agacların yerində artıq tikinti işlərinə start verilib və nəyin tikildiyi barədə heç bir məlumat verilmir.

Sakinlər arxiv.bizimxeber.az bildirir ki, ilk günlər elə başa düşüblər ki, burda park tikilir. Çünki ağaclarla əhatələnmiş ərazidə yaxşı park salmaq olrmış. Sonradan bəlli olub ki, ərazini kimsə alıb, nəsə tikir. Sakinlər ölkə prezidenti İlham Əliyevə arxiv.bizimxeber.az vasitəsilə müraciət ünvanlayıblar: “Bu ərazi park üçün ən ideal yer idi. Ağacların əlsəriyyəti artıq məhv edilib. Heç olmasa yerdə qalan ağacları qırmasınlar. prezidentimizdən xahiş edirik ki, bu ağacları qıranlarla bağlı qanuni tədbir görsün”.

Sakinlər iddia edir ki, ərazi Xətai rayon icra başçısı Razim Məmmədov tərəfindən satılıb. Ağacların qırılması və ərazidə hansı şirkətin nə tikməsini dəqiqləşdimək üçün  Xətai rayon icra hakimiyyətinin aidiyyatı şəxslərindən heç bir cavab ala bilmədik.

Foto və video faktları təqdim edirik!

arxiv.bizimxeber.az

Xetai agac gence

 

 

Xetai gence 33

Xetai gence3



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə