Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avtoritet “Vasmoy Elməddin”ə 8 il HƏBS TƏLƏBİ
Avtoritet “Vasmoy Elməddin”ə 8 il HƏBS TƏLƏBİ
23 May 2017 / 13:36 / Baxış sayı: 256
Font1 Font2 Font3 Font4

Hədə-qorxu ilə pul tələb etməkdə və narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elməddin Fərzəliyevin cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında Elməddin Fərzəliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov müdafiə çıxışı edib.

O, çıxışında  bildirib ki, təqsirləndirilən şəxsə verilən ittihamlar absurdur: “Məhkəmə dövründə məlum oldu ki, zərərçəkmiş şəxs Qurbanəli Səfərov hadisə gününü düzgün təsvir etmədi. Yalançı şahidlər tutdu. Həmin şahidlər də məhkəmədə hadisəni görmədiyini dedilər. Narkotik ittihamı da müdafiə etdiyim şəxsə heç nədən verilib. Zərərçəkmiş deyir ki, Elməddinin kriminal aləmin nümayəndələri sıx əlaqələri var. Avtoritetlik edir. Lakin nə istintaq materiallarında, nə də məhkəmə dövründə bir o barədə bir cümlədə deyildi”.

Məhkəmə prosesi mayın 26-da davam edəcək. Qeyd edək ki, Elməddin Fərzəliyev Cinayət Məcəlləsinin 182-cü (hədə qorxu ilə tələb etmə),  234-ci (narkotik maddə) maddələri ittihamı verilib.

Zərərçəkmiş şəxs Qurbanəli Səfərov şikayətində bildirib ki, Elməddin Fərzəliyev “Neftçilər” metrostansiyası yaxınlığındakı kafedə ondan 1000 manat pul tələb edib. O, 400 manat verdiyini bildirib.

Zərərçəkənin şikayəti əsasında Elməddin Fərzəliyev saxlanılıb. Onu da qeyd edəki, Elməddin Fərzəliyev kriminal aləmdə “Vasmoy Elməddin” kimi tanınır. Onun Səbail rayonu Badambar qəsəbəsində ötən il baş verən atışmadan sonra saxlanıldığı deyilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə