Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tereze Mey:“Cinayətkarın kimliyi məlumdur”
Tereze Mey:“Cinayətkarın kimliyi məlumdur”
23 May 2017 / 14:52 / Baxış sayı: 316
Font1 Font2 Font3 Font4

“Polis və təhlükəsizlik xidməti tərəfindən cinayətkarın kimliyinin müəyyən edildiyi ehtimal olunur”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Baş naziri Tereza Mey Mançesterdə törədilən terror aktı ilə bağlı bildirib.

O, araşdırma getdiyindən cinayətkarın adını açıqlamayıb, ancaq terror təhlükəsinin səviyyəsinin artmayacağını da vurğulayıb.

Baş nazir terrorun törədildiyi Mançester şəhərinə gedib və hökumətin fövqəladə komitəsinin daha bir iclasını keçirib.

Bu arada Mançesterdə bir ticarət mərkəzində insanlar terror təhlükəsi ilə bağlı təxliyə edilib.

Qeyd edək ki, Mançesterdə amerikalı müğənni Ariana Qrandenin konsertində törədilən terror aksiyası nəticəsində 22 nəfər ölüb, 59 tamaşaçı yaralanıb.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə