Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İngiltərədə daha bir partlayış – EYNİ ŞƏHƏRDƏ
İngiltərədə daha bir partlayış – EYNİ ŞƏHƏRDƏ
23 May 2017 / 15:17 / Baxış sayı: 552
Font1 Font2 Font3 Font4

 

İngiltərənin Mançester şəhərindəki ticarət mərkəzində partlayış səsi eşidilib, insanlar binadan təxliyyə olunub.

 

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, hadisə şəhərin mərkəzində yerləşən “Arndale” ticarət mərkəzində baş verib. Şahidlər onlarla insanın binadan qaçdığını bildiriblər. “Sky News” telekanalı polisin ticarət mərkəzində 1 nəfəri saxladığı barədə xəbər yayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini mühasirəyə alıb, insanları tez bir zamanda ərazini tərk etməyə çağırıblar..

 

Qeyd edək ki, mayın 23-nə keçən gecə “Manchester Arena”da amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən terror aktı nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb. Terrorçu əldəqayırma partlayıcı qurğunu işə salıb və hadisə yerində özü də ölüb. Olaya görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə