Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş etdiriləcək
Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş etdiriləcək
23 May 2017 / 15:45 / Baxış sayı: 272
Font1 Font2 Font3 Font4

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq. 

Teatrın mətbuat xidmətindən “Bizimxeber”ə verilən məlumata görə, 26, 27, 28 may tarixlərində saat 12.00 və 19.00-da “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Toya bir gün qalmış” (Ə. Səmədli), “Qırmızı papaq” (E. Sabitoğlu, Y. Şvarts), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev) tamaşaları təqdim ediləcək.

Səhnə əsərlərində xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Səmayə Musayeva, Svetlana Bulax, Boris Qrafkin, Emma Məlikova, Ələkbər Əliyev, Almaz Ələsgərli, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, aktyorlar Firuz Məmmədov, Marina Litvinenko, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Gülçöhrə Abdullayeva,Emil Heydərov, Əliməmməd Novruzov, Elnarə Nağdəliyeva, Hüseyn Əlili, Mehriban Zalıyeva, Rauf Babayev, Nicat Əli, Ruslan Mürsəlov, Gültac Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Fərid Rzayev, Səməd Xasıyev, Eleanora Mehdiyeva və başqaları çıxış edəcək.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılar üçün mayın 26-ı saat 19.00-da R. Hacıyevin“Qafqazlı qardaşqızı” əsəri böyüklər, mayın 27-i  saat 12.00-da V. Ulanovski, V. Orlovun “Qızıl cücə”nağıl-tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin E. Sabitoğlu, Y. Şvartsın “Qırmızı papaq” (C. Məmmədovun tərcüməsində)əsəri mayın 28-də saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.

Altı manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə