Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daha bir internet portalının rəhbərinə xəbərdarlıq edildi
Daha bir internet portalının rəhbərinə xəbərdarlıq edildi
23 May 2017 / 16:48 / Baxış sayı: 504
Font1 Font2 Font3 Font4

Azərbaycanda daha bir internet portalının rəhbərinə xəbərdarlıq edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Biizmxeber.az-a verilən məlumata görə, prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Bastainfo.com” internet portalında dərc edilmiş məqalədə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarının tələbləri kobud surətdə pozulmaqla, Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar ictimailəşdirilib.

Qeyd edilənlərlə əlaqədar internet portalının baş redaktoru Mustafa Hacılı Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə müvafiq olaraq, “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10-cu maddəsinə əsasən, qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmədiyi onun diqqətinə çatdırılmaqla, gələcəkdə bu xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə