Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Aygün Bayramovanın toyundan FOTOLENT – VİDEO
Aygün Bayramovanın toyundan FOTOLENT – VİDEO
23 May 2017 / 22:04 / Baxış sayı: 9782
Font1 Font2 Font3 Font4

Bu gün paytaxt otellərinin birində xalq artisti Aygün Bayramovanın toyu olub. Lent.az-ın məlumatına görə, aparıcı Azər Süleymanlının idarə etdiyi məclisə ölkənin tanınmış simaları qatılıb.

Gecədə xalq artisti Arif Babayev səbəbkarlara xeyir-dua verib: “Aygün, sizi təbrik edirəm, hər zaman valideyinlərinizi sevindirəsiniz. Sən xoşbəxt olmağa layiqsən. Mən çox şadam ki, bu gün sənin özəl günündə iştirak edirəm”.

Sənətkar sözünü bitirdikdən sonra bəy-gəlin rəqsə dəvət olunub. Xanəndənin sənət dostları ona musiqi hədiyyələrini veriblər.

Xatırladaq ki, gecədə xalq artistləri Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Gülyanaq-Gülyaz Məmmədovalar, Fidan Hacıyeva, əməkdar artistlər Firuzə İbadova, Teymur Əmrah, müğənnilər Nadir Qafarzadə, Rövşən Əziz və başqaları iştirak edib.

Qeyd edək ki, bu, A.Bayramovanın ilk nikahıdır. F.Gərmrudi musiqiçidir və dəfələrlə Bakıda keçirilən konsertlərdə çıxış edib. O, 1955-ci ildə İranda anadan olub, 3 qız atasıdır.

Artıq baba olan 62 yaşlı bəy İranda Almaniyanın məşhur “KÖHEL” avtomobillərinin rəsmi distribüteridir.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə