Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Keçmiş arvadının evini yandıran ər: Davay dasvidaniya! – VİDEO
Keçmiş arvadının evini yandıran ər: Davay dasvidaniya! – VİDEO
23 May 2017 / 22:45 / Baxış sayı: 2904
Font1 Font2 Font3 Font4

Sumqayıtda ev sahibəsinin keçmiş həyat yoldaşı ehtiyatsızlıqdan yanğın törədib.

“Bizimxeber” ARB TV-yə istinadən xəbər verir ki, Sədaqət Hüseynovaya məxsus birmərtəbəli 8 otaqdan ibarət yaşayış evi taxta konstruksiya və əşyaları ilə birlikdə yanıb.

Ev sahibəsinin bildirdiyinə görə, hadisəyə səbəb keçmiş həyat yoldaşı Daşqın Hüseynovun sərxoş vəziyyətdə evdə şam yandıraraq yatması olub. Yanan şam aşaraq yastığın üzərinə düşüb od oradan yayılmağa başlayıb. Sərxoş ər evi ağuşuna alan alova müdaxilə etmək əzmində olmayıb.

Daşqın Hüseynov isə məsələyə belə münasibət bildirib:

“Şam aşıb evi od tutub. Vəssalam. Axşam içkili olmuşam. Mən ömür boyu içkili oluram. Düzün danışacam. Ayıq olmuram. Nətərdi?! Davay dasvidaniya”.

Hadisə ilə bağlı araşdırma aparılır.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə