Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Donald Tramp: İsrail və Fələstin sülhə nail ola bilər
Donald Tramp: İsrail və Fələstin sülhə nail ola bilər
23 May 2017 / 23:49 / Baxış sayı: 966
Font1 Font2 Font3 Font4

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, israillilərlə fələstinlilər uzun müddət davam edən qanlı münaqişəni nizamlayaraq sülhə nail ola bilərlər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Tramp bu fikri İsrailə və Fələstinə səfərinin yekunlarını şərh edərkən səsləndirib. “Sülh bağlamaq asan olmayacaq və tərəflər çətin qərarlar qəbul etməlidir”, – deyə ABŞ prezidenti bildirib.

Tramp, həmçinin hər zaman İsrailin yayında yer alacağını deyib və iki ölkə arasında ittifaqın sarsılmaz olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp beynəlxalq turnesi çərçivəsində İsrailə və Fələstinə səfər edib. O, əvvəlcə İsrail Prezidenti Reuven Rivlin və Baş nazir Binyamin Netanyahu, sonra isə Fələstin lideri Mahmud Abbasla görüşüb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə