Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İlham Əliyev çoxdan bu ittifaqı təklif edir…”
“İlham Əliyev çoxdan bu ittifaqı təklif edir…”
24 May 2017 / 9:15 / Baxış sayı: 1204
Font1 Font2 Font3 Font4

Ötən gün Türkiyənin baş naziri Binəli Yıldırımın Gürcüstana birgünlük səfəri baş tutub. Virtualaz.org xəbər verir ki, bu səfər Rusiya siyasi dairələrində diqqətlə izlənilir. Çünki Moskva Gürcüstan-Türkiyə yaxınlaşmasını, Azərbaycanın da iştirakı ilə Ankara-Tiflis-Bakı hərbi-siyasi-iqtisadi müttəfiqlik oxunun meydana çıxması perspektivlərini özünün Cənubi Qafqazdakı maraqları baxımından həmişə hesaba alır.

“Kommersant” yazır ki, Binəli Yıldırımı geniş tərkibli nümayəndə heyəti müşaiyət edirdi və bu səfərin əsas məqsədi prezident Rəcəb Tayyib Ərdoğanın Tiflisə qarşıdakı səfərini hazırlamaqdır. Bu səfərin iyunda baş tutacağı gözlənilir. Binəli Yıldırımın səfəri zamanı ikitərəfli münasibətlərin bir çox sahələri ilə yanaşı Bakı-Tiflis-Qars strateji dəmir yol xəttinin istifadəyə verilməsi məsələsi də müzakirə olunub. Hansı ki, Türkiyə baş naziri dəmir yolunun ilin sonuna qədər istifadəyə veriləcəyini açıqlayıb, Türkiyə tərəfində işlərin yekunlaşmaqda olduğunu bildirib.

Türkiyə Gürcüstanın əsas ticarət tərəfdaşıdır və baş nazir Yıldırım keçirdiyi mətbuat konfransında iki ölkə arasında ticarət dövriyyəsinin yaxın perspektivdə iki dəfə artırılacağına dair vəd verib. Doğrudur, bu ticarət dövriyyəsi əsasən Türkiyə mallarının Gürcüstana ixracının artması hesabına baş verə bilər. İqtisadi məsələlər üzrə ekspert Georgi Xuxaşvili deyir ki, Gürcüstanın Türkiyə bazarına çıxarmağa malları azdır, deməli iki ölkə arasında ticarət saldosunun onsuz da böyük olan mənfi saldosunun daha da böyüməsini gözləmək lazım gələcək.

Lakin Gürcüstanın Türkiyə ilə iqtisadi tərəfdaşlığı dərinləşdirməsi strateji maraqlardan irəli gəlir, çünki bu, Rusiyanın Gürcüstanda iqtisadi mövqelərini möhkəmləndirməyə yönəlmiş səylərinə qarşı yeganə düzgün seçimdir.

Mətbuat konfransında hər iki ölkənin baş nazirləri Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli əməkdaşlıq formatını genişləndirmək planları barədə danışıblar. O cümlədən müdafiə və təhlükəsizlik sahəsində. Maraqlıdır ki, Türkiyə baş nazirinin səfərindən cəmi bir gün əvvəl Azərbaycan müdafiə naziri Zakir Həsənov Gürcüstana gedib, Batumidə Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin üçtərəfli danışıqları olub. Bu danışıqlarda üç ölkə arasında hərbi ittifaqın yaradılması mövzusu üstünlük təşkil edib. Gürcüstanda hesab edirlər ki, bu mövzu prezident Ərdoğanın da səfərində geniş müzakirə olunacaq.

“Azərbaycan prezidenti İlham Əliyev çoxdan Bakı-Tiflis-Ankara oxu formatı üzrə hərbi müttəfiqlik təklif edir. Bu geosiyasi manevrlərin mahiyyəti odur ki, Dağlıq Qarabağ münaqişəsinin getdikcə alovlanmağa başladığı bir vaxtda Ankara və Bakı, o biri tərəfdən İrəvan Gürcüstanı öz tərəfinə çəkməyə, yaxud Azərbaycanla Ermənistan arasında irimiqyaslı müharibənin başlaması halında Tiflisin maksimal sərfəli mövqeyinə nail olmağa çalışır”, – hərbi elmlər doktoru Vaxtanq Maisaya “Kommersant”a bildirib.

Xatırladaq ki, müdafiə nazirlərinin danışıqlarında Türkiyə, Gürcüstan və Azərbaycan silahlı qüvvələrinin iştirakı ilə birgə təlimlərin keçirilməsi barədə razılıq əldə olunub. Bundan əvvəl bir neçə dəfə Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə təlimlər keçirmişdilər. Üçtərəfli hərbi müttəfiqliyə gəldikdə isə Gürcüstanda bu məsələyə hələ soyuq yanaşırlar.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə