Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ PKK-ya 100 tır silah göndərib – VİDEO
ABŞ  PKK-ya 100 tır silah göndərib – VİDEO
24 May 2017 / 10:28 / Baxış sayı: 548
Font1 Font2 Font3 Font4

ABŞ mayın 15-dən 20-dək terrorçu PKK qruplaşmasının Suriyadakı qolu “PYD”yə 100 TIR ağır silah göndərib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, silah-sursat İraq-Suriya sərhədindən keçirilərək, Suriyanın Hasek şəhərində terrorçu PYD-yə təhvil verilib.

“PYD” və “YPG”-yə verilən silah və texnika arasında 80 və 120 mm-lik minaatan, “MK19” bombaatan, “M4” “Gabrine” və “M16” tipli avtomat silahlar, “Humwee” hərbi avtomobili, “Cougar” tipli Piyadaların Zirehli Maşınlar da var.

İnformasiyaya əsasən, ABŞ rəsmiləri həmin silahların terrorçu İŞİD qruplaşmasının nəzarətində olan Suriyanın Rakka şəhərinin azad edilməsində istifadə ediləcəyini bildirib. Rəsmi Vaşinqton iddia edir ki, terrorçu PKK-nın Suriyadakı qolları “YPG” və “PYD”dən taktiki olaraq, İŞİD-ə qarşı mübarizədə istifadə edəcək və sonradan silahları onlardan geri alacaq.

Məlumata görə, ABŞ PKK-nın qollarına verdiyi silahlardan Türkiyə Silahlı Qüvvələrində yoxdur. Bundan başqa çoxsaylı təkliflərinə baxmayaraq, ABŞ-ın Türkiyəyə satmadığı tankəleyhinə “FGM148 Javelin” raket qurğusu da terrorçulara verilib.

Video Player



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə