Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Təhsil millətin gələcəyidir” kampaniyasına start verildi
“Təhsil millətin gələcəyidir” kampaniyasına start verildi
02 May 2013 / 20:46 / Baxış sayı: 998
Font1 Font2 Font3 Font4
Gənclər üçün Təhsil Mərkəzi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Təhsil millətin gələcəyidir” kampaniyasına start verib.
arxiv.bizimxeber.az-ın məlumatına görə, bu ilin sonuna qədər davam edəcək proqram Azərbaycanın əksər regionlarında həyata keçiriləcək. Kampaniyanın məqsədi Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz rolu haqqında gənc nəslin məlumatlandırılmasına şərait yaratmaq və ölkəmizdə təhsilin inkişafına dəstək verməkdir.
Kampaniya çərçivəsində cəzaçəkmə müəssisəsindəki uşaqlar üçün kitab toplama aksiyası, müxtəlif müsabiqələr, sərgi və olimpiadalar, seminar və təqdimatlar təşkil olunacaq, tanınmış şəxslərin təhsilə dəstək fotoları və video çarxları hazırlanacaq. Kampaniyanın koordinatoru Fəxrəddin Həsənzadənin verdiyi məlumata görə, ictimaiyyət tərəfindən daxil olan təşəbbüslərin də dəstəklənməsi mümkündür. Bunun üçün onlar istənilən vaxt Mərkəzə müraciət edə bilərlər.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə