Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda bıçaqlanma: ÖLƏN VAR – YENİLƏNİB
Bakıda bıçaqlanma: ÖLƏN VAR – YENİLƏNİB
24 May 2017 / 11:16 / Baxış sayı: 654
Font1 Font2 Font3 Font4

Bakıda bıçaqlanan şəxs xəstəxanada ölüb.

Lent.az xəbər verir ki, mayın 23-də Nizami rayonu ərazisində – Babək prospektinin NZS qəsəbəsinə düşən hissəsində 46 yaşlı Heydərov Valeh Səttar oğlu kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Sabit Bağırov tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

*****

10:39

Bakıda bıçaqlanma hadisələri baş verib. Nərimanov rayonu ərazisindən 1963-cü il təvəllüdlü Kərimov Yaşar Adil oğlu bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Onun kim tərəfindən, hansı şəraitdə bıçaqlanması məlum deyil.

Oxşar hadisə Nizami rayonu NZS qəsəbəsində də baş verib. 1971-ci il təvəllüdlü Heydərov Valeh Səttar oğlu naməlum şəs tərəfindən bıçaqlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə