Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yaşamaq şansı yoxdur – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR-YENİLƏNİB
Yaşamaq şansı yoxdur – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR-YENİLƏNİB
24 May 2017 / 14:19 / Baxış sayı: 2988
Font1 Font2 Font3 Font4

Bu gün Bakının mərkəzində Neftçilər prospekti 63 ünvanında (Azneft meydanı) yerləşən “Bank Respublika”nın filialının qarşısında özünü yandıran 64 yaşlı Manafov Ramiz Manaf oğlu Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

İlkin müayinə zamanı məlum olub ki, onun bədəninin əksər hissəsi – baş, boyun, gövdə, yuxarı və aşağı ətraflar tamamilə yanıb. Həkimlər yaralıya 3-4-cü dərəcəli termiki yanıq diaqnozu qoyublar. Mütəxəssislər çox ağır vəziyyətdə daxil olan yaralının yaşamaq şansının olmadığını deyiblər.

Artıq R.Manafovun ailə üzvləri də xəstəxanaya gəlib. Onlar bankda girovluqda olan evlərinin əllərindən alınması ilə bağlı 64 yaşlı kişinin dərin sarsıntı keçirdiyini deyiblər.

*****

12:00

“Bank Respublika”nın “Azneft” filialı qarşısında 50-55 yaşlarında olan şəxs özünü yandırıb. arxiv.bizimxeber.az musavat.com-a istinadən xəbər verir ki, özünü yandıran şəxs bankın mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Şahidlərin bildirdiyinə görə, müştəri banka gələrkən əlində sellofan paket olub. O, bank işçiləri ilə mübahisə etdikdən sonra özünü yandıracağını deyib. Məlumata görə, mübahisəyə səbəb müştərinin banka olan borcunun qarşılığında mənzilinin alınacağının deyilməsi olub.

Daha sonra bankın qarşısına çıxan şəxs özü ilə gətirdiyi benzini üstünə tökərək əlindəki alışqanla yandırıb. Onun arxasınca çıxan bankın işçiləri və mühafizə xidmətinin əməkdaşı yanğınsöndürən balonla alovun içərisində olan şəxsi söndürə biliblər.

Şəxsin əsas qol, boyun və üz nahiyyələri yanıb. Təcili yardıma özü əyləşə bilən şəxs xəstəxanaya aparılıb. Hazırda filial fəaliyyətini dayandırıb. Polis əməkdaşları hadisə yerindədir.





 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə