Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dil qaydalarını pozanlara cərimə tətbiqi – Təklif
Dil qaydalarını pozanlara cərimə tətbiqi – Təklif
24 May 2017 / 13:44 / Baxış sayı: 320
Font1 Font2 Font3 Font4

Azərbaycanda dövlət müəssisələrinə işə qəbul zamanı azərbaycanlılardan və entik qruplardan dövlət dilindən lazımi səviyyədə imtahanın götürülməsi və inşanın yazılması təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik katibi Teymur Kərimli çıxış edib.

Ana dilimizin saflığının qorunması üçün təkliflərini açıqlayan T.Kərimli deyib ki, küçə reklamlarında, elan, afişalarda və s. dil pozuntularının aradan qaldırılması üçün Dilçilik İnstitutunun monitorinq şöbəsinin verdiyi məlumatlar əsasında cərimələrin tətbiq edilməsi mexanizmi hazırlansın və bu məqsədlə yuxarı instansiyalara müraciət edilsin.

Bundan başqa, Azərbaycan dilinin orfoepiya lüğətin təkmilləşdirilərək böyük tirajla çap edilsin və geniş kütlələr arasında yayılsın. Bundan başqa, orta ümumtəhsil və ali məktəblərdə ritorika fənninin keçirilməsi ilə bağlı Təhsil Nazirliyi ilə məsləhətləşmələrin aparılması təklif edilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə