Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Paytaxtın bu küçələri yenidən bağlanacaq- Yeni oyun başlayır
Paytaxtın bu küçələri yenidən bağlanacaq- Yeni oyun başlayır
24 May 2017 / 14:16 / Baxış sayı: 512
Font1 Font2 Font3 Font4

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur

Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlıq işlərini davam etdirir.

Bakı Şəhər Əməliyyat Şirkətinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 23-ü axşam saatlarından etibarən, mayın 24-ü gecə saatlarınadək Azneft dairəsi ətrafında yarışa hazırlıqla bağlı tikinti-quraşdırma işləri aparılacaq.

Bu səbəbdən göstərilən müddət ərzində Azneft dairəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Əməliyyat şirkəti müvəqqəti narahatlığa görə üzr istəyir, göstərilən anlayış və dəstəyə görə şəhər sakinlərinə əvvəlcədən təşəkkürünü bildirir.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə