Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Samir Şərifovun Qazaxıstan Milli Bankının başçısı ilə mübahisəsi – 250 milyon dollara görə
Samir Şərifovun Qazaxıstan Milli Bankının başçısı ilə mübahisəsi – 250 milyon dollara görə
24 May 2017 / 14:21 / Baxış sayı: 914
Font1 Font2 Font3 Font4

Ötən gün Böyük Britaniyanın paytaxtı Londonda Qazaxıstan Milli Bankının sədri Daniyar Akişev və Azərbaycanın maliyyə naziri Samir Şərifov arasında danışıqlar olub.

APA-nın xəbərinə görə, D.Akişev bugünkü mətbuat konfransında bildirib ki, danışıqlar zamanı Qazaxıstanın “Vahid Pensiya Yığımı Fondu” SC-nin Azərbaycan Beynəlxalq Bankına 250 mln. dollarlıq yatırımının restrukturizasiyasının detalları müzakirə olunub.

D.Akişev qeyd edib ki, tərəflər müavinlər səviyyəsində danışıqların davam etdirilməsi barədə razılığa gəliblər: “ABB-nin vəsait çatışmazlığı olduğu üçün Qazaxıstan Milli Bankı borcun daha likvid, sonradan satıla biləcək aktivlərlə əvəzlənməsi variantını nəzərdən keçirməyə hazır idi. Azərbaycanın Maliyyə Nazirliyi isə bəyan edib ki, Qazaxıstan Milli Bankının borcun vaxtından əvvəl qaytarılması ilə bağlı tələbinin hər hansı hüquqi əsası yoxdur”.

Baş bankir xatırladıb ki, indiyədək rəhbərlik etdiyi qurum Azərbaycanın Maliyyə Nazirliyinə 3 dəfə məktub göndərərək ABB-nin maliyyə vəziyyətinin pisləşməsi ilə bağlı narahatlığını ifadə edib. Öz növbəsində ABB 3 dəfə borcun birdəfəlik və ya qismən qaytarılmasından imtina edib.

“Bu ilin fevral ayında “Moody’s” ABB-nin reytinqini endirib. Bundan sonra biz Azərbaycan bankına bir daha müraciət etdik. O zaman məlum oldu ki, ABB könüllü restrukturizasiya prosesinə hazırlaşır”, – deyə o bildirib.

Qeyd edək ki, Qazaxıstanın “Vahid Pensiya Yığım Fondu” SC 2014-cü ilin oktyabr ayında ABB-nin istiqrazlarına 250 mln. dollar yatırıb.

Ötən gün ABB tərəfindən təqdim olunan xarici öhdəliklərin restrukturizasiyası planına münasibət bildirən D.Akişev deyib ki, plan 3 istiqaməti əhatə edir və “hər bir variant kreditorlar üçün itkiyə səbəb olacaq”. “Buna baxmayaraq, Milli Bank və hökumət neqativ təsirlərin minimizasiyası üzərində işləyir. Biz əmanətçilərimizin maraqlarını qorumaq məqsədilə ABB ilə mütəmadi danışıqlar aparırıq”, – deyə o bildirib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə