Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənistanda Quba almaları qalmaqalı böyüyür
Ermənistanda Quba almaları qalmaqalı böyüyür
24 May 2017 / 14:35 / Baxış sayı: 344
Font1 Font2 Font3 Font4

Ermənistan bazarlarında satılan Azərbaycan almaları ilə bağlı qalmaqal hələ də bitməyib. “Bizimxeber” İstipress-ə istinadən xəbər verir ki, bu barədə “Joxorvurd” (Xalq) qəzeti yazıb.

Qəzet yazır ki, Ermənistanın Gömrük Komitəsi almaların Azərbaycanda istehsal edildiyini təsdiqləyib.

“Ermənistanda Azərbaycan gətirilən məhsullara hər hansı qadağa yoxdur. Bura almalar da daxildir, digər məhsullar da”, – deyə qəzet yazır.

Məqalə müəllifi sual edir ki, əgər belədirsə, Azərbaycan almalarının İrəvan bazarlarında satılması Ermənistanda niyə zəlzələ effekti yaratdı?

Ölkədə vəziyyət elə gərginləşdi ki, bu məsələ barədə bəyanat verməyən sadəcə prezident Serj Sarkisyan qalıb. Bəlkə də Sarkisyan prezident aparatının kulislərində Azərbaycan almaları barədə danışır.

Sadə erməni isə dadlı Quba almalarından xeyli razıdır. Əgər belə olmasaydı, çoxdan şikayət edərdilər və Baş prokurorluq cinayət işi açardı.

Ermənistan Kənd Təsərrufatı da təsdiqləyib ki, Quba almaları İrəvan bazarlarında uzun müddətdir ki, satılırmış.

Azərbaycan almaları

Bu ilin aprel ayında İrəvan bazarlarında Azərbaycanın Quba rayonunda fəaliyyət göstərən “DAD Fruits” şirkətinin bağlarının məhsulu olan almaların satışı Ermənistanda “bomba effekti” yaradıb və bütün müvafiq dövlət strukturları, mətbuat Azərbaycan almalarının izinə düşüb.

Məlum olub ki, Azərbaycan almalarının Ermənistan bazarlarında satışı yeni deyilmiş və əslində “DAD” almaları İrəvanın əksər bazarlarında, supermarketlərində satılırmış.

Dövlət strukturları bu məsələyə ciddi  reaksiya veriblər və tələm-tələsik Azərbaycan almalarını hansı yolla ölkəyə daxil olduğunu araşdırmağa başlayıblar, habelə meyvəni bazarlardan yığışdırıb məhv ediblər.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə