Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Aslanlı Kiprə qaçarkən yaxalandı
Aslanlı Kiprə qaçarkən yaxalandı
24 May 2017 / 16:13 / Baxış sayı: 530
Font1 Font2 Font3 Font4

Türkiyədə 7 tələbəni Böyük Britaniya universitetlərində oxutmaq adı altında aldadan və minlərlə dollarını ələ keçirən Azərbaycan vətəndaşı Ramiz Aslanlı Şimali Kiprə qaçarkən sərhəddə yaxalanıb.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həmin şəxs Girnə Amerikan Universitetində işləyirmiş.

Məlumata görə Aslanlı cəmi 7 tələbəni aldadıb, onlardan 8 min 430 funt-sterlinq, 2500 ABŞ dolları, 1900 avro alıb. Həmin pulları Britaniya universitetlərinə köçürmək adı altında özünün xarici bank hesabına köçürüb, daha sonra Türkiyədən qaçmağa cəhd edib. Aslanlı Şimali Kiprə daxil olarkən saxlanılı.

Girne Polis Müdirliyinin məmuru Hüseyin Soyel bildirib ki, saxlanılan Ramiz Aslanlı etibardan sui-istifadə etmə və dələduzluqda ittiham edilir. Onun sözlərinə görə, Aslanlı 13 iyul-10 oktyabr tarixləri arasında 7 tələbəni London Universitetində oxutmaq adı altında aldadıb, onların pullarını həmin universitetə təhsil haqqı kimi köçürmək əvəzinə özünün “Barcleys Bank”dakı hesabına köçürüb.

Soyel istintaqın davam etdiyini, şübhəlinin həmin bank hesabını açıqlamaqdan yayındığını, ziddiyətli ifadələr verdiyini deyib. Aslanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılacaq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə