Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyədə ərəbcə danışan şəxs Atatürkün heykəlinə balta ilə hücum çəkdi
Türkiyədə ərəbcə danışan şəxs Atatürkün heykəlinə balta ilə hücum çəkdi
24 May 2017 / 17:00 / Baxış sayı: 334
Font1 Font2 Font3 Font4

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kemal Atatürk-ün heykəlini vandalizmə məruz qoyanı kütlə linç etməyə çalışıb. Bu haqda «The Times» qəzeti yazır. Bir nəfər Türkiyənin qərbində yerləşən Sakarya şəhərində Atatürk-ün heykəlinə baltayla hücum edəndən sonra üstünə benzin töküb. Hadisə bazar ertəsi baş verib. Şahidlər həmin şəxsin ərəbcə danışdığını söyləyir. Bundan qəzəblənən əhali ona hücum çəkib, polis idarəsinə aparılanda da arxasınca düşüb. Həmin şəxsin Atatürkün xatirəsini təhqir etməkdə ittiham olunacağı gözlənir.

Atatürk 1919-1923-cü illər müstəqillik müharibəsi nəticəsində Türkiyə ərazisini işğalçı Avropa qüvvələrindən geri alıb. Daha sonra Türkiyə Cümhuriyyətinin əsasını qoyub. O, Türkiyəni Osmanlı imperiyasının söykəndiyi şəriət qaydalarından uzaqlaşdıraraq dünyəvi dövlət qurub.

Türkiyənin hər yerində Atatürk-ün sitatlarını görmək mümkündür. Onu təhqir etməyə görə Türkiyə Cinayət Məcəlləsi 3 ilədək cəza nəzərdə tutur. İndiyədək həmin 301-ci maddəylə 6 minədək adam cəzalandırılıb.Ancaq «The Times» yazır ki, 10 il öncə Atatürkü tənqid etmək heç ağla gəlməzdi. İndiysə belə hallara daha tez-tez rast gəlinir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə