Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Beynəlxalq Bankın Gürcüstan və Rusiya “törəmələri” satışa çıxarılır
Beynəlxalq Bankın Gürcüstan və Rusiya “törəmələri” satışa çıxarılır
24 May 2017 / 17:11 / Baxış sayı: 922
Font1 Font2 Font3 Font4

Azərbaycan Beynəlxalq Bankının Rusiya və Gürcüstandakı törəmə banankları “MBA-Moskva” və “MBA-Georgia” bu il ərzində satışa çıxarılacaq.

Virtualaz.org xəbər verir ki, bu barədə Beynəlxalq Bankın xarici borclarının restrukturizasiyasına dair ötən gün Londonda kreditorlara təqdim edilən planda yer alır.

Plana əsasən törəmə bankların satışı həmin bankların müştərilərinin kapitalının “ana” bankın borclarının restrukturizasiyasına baxmayaraq qorunub saxlanılmasını təmin edəcək. Bu barədə Azərbaycan hökumətinə yaxın mənbə ABC.az-a bildirib.

“Bu restrukturizasiyanın axırının hara gedib çıxacağını hələ bilmirik, kreditorlar planı imzalamayıblar. Bu gün hələ risk var ki, onlarla daha uzun-uzadı danışıqlar aparmaq, hətta borclara görə məhkəmə çəkişməsinə girmək lazımgələcək. Belə vəziyyətdə “MBA-Moskva” və “MBA-Georgia”nın aktivlərinin mümkün həbs və müsadirə təhlükəsindən yayınmaq üçün ən yaxşısı onları satmaqdır”-mənbə deyib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə