Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Maşallah Əhmədov: “Adam kişi olar”
Maşallah Əhmədov: “Adam kişi olar”
24 May 2017 / 17:57 / Baxış sayı: 444
Font1 Font2 Font3 Font4

Tanınmış futbolçu Maşallah Əhmədovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

 

Lent.az-ın məlumatına görə, zərərçəkmiş Yusif Əzizov bildirib ki, M. Əhmədovun xaricdən gətirdiyi daşların bir hissəsi “Sahil” MTK-ya verilib. Zərərçəkmişin vəkili bildirib ki, Maşallah Əhmədov daşların əvəzinə MTK-dan iki mənzil alıb: “Bunu məhz Maşallahın oğlu Yusif Əzizovun oğlunun yanında ağzından qaçırıb. Biz də bu barədə istintaq rəisinə məlumat verdik”.

 

Hakim bildirib ki, dəymiş ziyanla bağlı tərəflər arasında razılaşmanın olması mümkün deyil: “Daşlar “Sahil” MTK-ya verilib və tikilən binada istifadə edilib. Bu səbəbdən təklif edirəm ki, MTK-nın inşa etdiyi binaya baxış keçirilsin”.

 

Maşallah Əhmədov qeyd edib ki, daşlar binanın iki blokuna vurulub. Yusif Əzizov daş yox, pulunu istədiyini bildirib. Bu zaman Maşallah Əhmədov zərərçəkmişlə mübahisə edib: “Sən 10 verib, indi də 20 min istəyirsən. Adam kişi olar”.

 

Hakim “Sahil” MTK-nın binasının tikilməsində istifadə olunan daşlara baxış keçirilməsi barədə qərar qəbul edib.

 

Qərarda qeyd edilib ki, baxış zamanı hakimlər, zərərçəkmiş və təqsirləndirilən şəxs, onların vəkilləri iştirak edəcək. Baxış iyunun 2-də keçiriləcək.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Əhmədov 8 il azadlıqdan məhrum edilib.

 

M. Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə