Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yerevanda gizli Qarabağ müzakirəsi: Hərbi Polis İdarəsinin rəisi işdən qovuldu – YENİLƏNİB
Yerevanda gizli Qarabağ müzakirəsi: Hərbi Polis İdarəsinin rəisi işdən qovuldu – YENİLƏNİB
25 May 2017 / 14:27 / Baxış sayı: 452
Font1 Font2 Font3 Font4

 

Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Serj Sarkisyan ötən gün Müdafiə Nazirliyinin rəhbər heyəti ilə görüş keçirib.

Azvision.az xatırladır ki, görüşlə bağlı rəsmi açıqlama verilməyib. Ehtimal olunur ki, ordu rəhbərliyi ilə keçirilən görüşdə Qarabağ münaqişəsi ətrafında gedən proseslər müzakirə olunub.

Bununla yanaşı, iclasın mövzusu əsasən münaqişənin həlli istiqamətində beynəlxalq ictimaiyyətin aktivliyinin artması və son günlər Ermənistan ordusunda qeydə alınan ölüm halları olub.

“Joxovurd”un verdiyi məlumata görə, iclasdan sonra kadr dəyişikliyi həyata keçirilib. Məlumata görə, Hərbi Polis İdarəsinin rəisi Samvel Qukasyan işdən azad edilib.

Onun vəzifədən uzaqlaşdırılmasına səbəb kimi erməni əsgərlərin Qarabağda yerləşən su anbarında boğulması göstərilir.

Digər bir məlumata görə, Ermənistan Hərbi Polis İdarəsinin rəisi vəzifəsinə Serj Sarkisyanın mühafizə xidmətinin rəis müavini Artur Bağdasaryan təyin edilib.

*   *   *10:31

Ermənistan prezidenti Serj Sarkisyan Silahlı Qüvvələrin rəhbər heyəti ilə görüşüb.

Azvision.az xəbər verir ki, görüş Ermənistanın Müdafiə Nazirliyinin inzibati kompleksində baş tutub.

Ordu rəhbərliyi ilə görüşdə hansı məsələlərin müzakirə olunduğu açıqlanmayıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə