Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məmurların maşınları – Nazirlər “BMW”ni, deputatlar “Mercedes”i seçir
Məmurların maşınları – Nazirlər “BMW”ni, deputatlar “Mercedes”i seçir
25 May 2017 / 11:24 / Baxış sayı: 634
Font1 Font2 Font3 Font4
2016-cı ildə prezident İlham Əliyev məmurlara xarici avtomobillərdən düşüb, Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan “LİFAN”a minməyi tövsiyə etdi. Həmin ərəfədə bir çox məmurlar açıqlama verərək, yerli istehsal olan avtomobilə keçəcəyini bildirsə də, zavodun fəaliyyəti ilə bağlı məlumatlardan görünür ki, məmurlar sözlərini əmələ çevirməyiblər.
Yeni müsavat qəzetinin bu mövzuda hazırladığı yazıda bildirilir kii, ötən ay Dövlət Statistika Komitəsinin rəsmi məlumatında qeyd olunub ki, Naxçıvan Avtomobil Zavodu (NAZ) istehsalı bir neçə ay öncə dayandırıb. Komitənin hesabatına görə, bu il ərzində ölkədə avtomobil istehsal edilməyib.
Son məlumata görə, sözügedən zavod may ayında məhdud sayda avtomobil istehsalına başlayıb.
Bir çox dünya ölkələrində məmur avtomobillərinin markalarına və ucuzluğuna diqqət çəkilən yazıda qeyd olunur ki, Azərbaycanda məmurların əksəriyyətinin xidməti avtomobili mövcuddur. Ölkədə daha çox Almaniya istehsalı olan avtomobillərə üstünlük verilir. Xüsusilə də bu, bahalı “BMW”lərdir. Lakin statistikaya baxdıqda görmək olur ki, neftin qiymətinin ucuzlaşması, manatın dollara nisbətdə dəyərdən düşməsi bu məsələyə də təsir edib. Belə ki, 2012-ci ildə yayılan statistikaya görə, 2006-cı ildən 2011-ci ilədək Azərbaycanda xidməti avtomobillərin alınmasına dövlət büdcəsindən 400 milyon manat vəsait xərclənib.
2016-cı ildə nəqliyyat vasitələrinin alınması üçün dövlət büdcəsindən cəmi 6.5 milyon manat ayrılıb. Statistik rəqəmlərdən aydın olur ki, ölkədə məmurların istifadə etdikləri avtomobillərin qiyməti 70-100 min manat arasında dəyişir. Yalnız məmurların xidməti avtomobillərinə çəkilən xərclər təkcə onların alınması zamanı xərclənən vəsaitlə bitmir, il ərzində də bu avtomobillərin təmiri üçün büdcədən pul ayrılır…
Milli Məclisin 11 komitə sədrinin xidməti avtomobili “Mercedes E-Class”dır. Onların əvvəlki xidməti avtomobilləri “Nissan Maxima” olub. Bu avtomobillərin qiyməti 80-100 min manatdır. İcra başçılarının əksəriyyəti isə “BMW”lərdə gəzirlər. SOCAR-ın rəhbər şəxslərinin xidməti avtomobilləri “Audi” və “Mercedes”dir.
Nazirlərimiz də əsasən “Mercedes” və “BMW”lərdən istifadə edir.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə