Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazir ifadə verdi
Nazir ifadə verdi
25 May 2017 / 11:54 / Baxış sayı: 1476
Font1 Font2 Font3 Font4

Ukrayna hüquq mühafizə orqanları korrupsiyaya qarşı genişmiqyaslı əməliyyata başlayıblar.

Ukraynanın hərbi prokuroru Anatoli Matios bildirib ki,  əməliyyat zamanı həbs edilənlərin əksəriyyətinin keçmiş məmurlar olduğunu bildirib: “Əməliyyat ölkənin 15 vilayətinda aparılıb. Əməliyyata 1700 polis, 500 prokuror cəlb edilib. Onlar 454 məkanda axtarış aparıblar. 23 keçmiş vəzifəli şəxs həbs olunub. Həbs edilənlərin hamısı vertolyotla Kiyevə çatdırılır”.

Matios həbs edilən şəxslərin Ukraynaya 3,7 milyard dollar ziyan vurduğunu bildirib. Onun sözlərinə görə, hazırkı proseslər əməliyyatın ilk mərhələsidir:

“İkinci mərhələdə biz bu işə Baş Prokurorluq və Ukrayna Təhlükəsizlik Xidmətini də cəlb etmək istəyirik. Bu həbslər Ukrayna Dövlət Fiskal Xidmətinin eks-rəhbəri Roman Nəsirovun ifadəsi sayəsində mümkün olub”.

Qeyd edək ki, əslən azərbaycanlı olan Nəsirovun özü səlahiyyətlərindən sui-istifadədə və 76 milyon dollar pulun mənimsənilməsində günahlandırılır.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə