Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

General Rail Rzayevin köməkçisi azadlıqda qaldı
General Rail Rzayevin köməkçisi azadlıqda qaldı
25 May 2017 / 12:15 / Baxış sayı: 648
Font1 Font2 Font3 Font4

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qətlə yetirilən komandanı, general-leytenant Rail Rzayevin köməkçisi Aydın Rəfiyevin cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsinə dair prokuror tərəfindən verilən protestə baxılıb.

Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən prokurorun protesti təmin edilməyib.

Qeyd edək ki, Qaradağ Rayon Məhkəməsində Aydın Rəfiyevin cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə ilə bağlı ərizə təmin edilmiş, Aydın Rəfiyev azadlığa çıxmışdı.

İttihama görə, R.Rzayevin yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev 2009-cu il fevralın 11-də R.Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.

2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, Anar Rəfiyev 7 il 6 ay, A.Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Onu da qeyd edək ki, R.Rzayev 2009-cu il fevralın 11-də, evinin yaxınlığında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Lakin onun qətli hələ də açılmayıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə