Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ-Meksika sərhədində narkotik tunelləri (Video)
ABŞ-Meksika sərhədində narkotik tunelləri (Video)
25 May 2017 / 15:41 / Baxış sayı: 456
Font1 Font2 Font3 Font4

Gəlirli ABŞ bazarına daxil olmağa çalışan narkotik qaçaqçıları qaçaq mallarını ölkəyə keçirə bilmək üçün bir çox yeni gizli yol açıb. Bunlara ABŞ-Meksika sərhədində uzun və qabaqcıl tunellər qzmaq daxildir.

Qeyri-qanuni marixuana ticarəti ilə məşğul olanlar üçün onu nəql etməyin ən populyar yolu tunellər vasitəsilədir. 1990-cı ildən bəri ABŞ-Meksika sərhədində 220-dən çox bu cür tunel aşkar edilib. Buna ABŞ-ın San Dieqoda yerləşən Səhdəd Patrul Xidmətinin nəzarət etdiyi ərazidə tapılan 60 tunel də daxildir.

İdarəninin sözçüsü Hose Hernandez narkotik qaçaqçılarının nə üçün məhz bu ərazini seçdiklərini izah edir.

“Bura sənaye ərazisidir. Burada bir çox anbar var və buradan günün hər saatında çox sayda yük maşını keçir. Bu səbəbdən qaçaqçılar da elə burada gizlənir”, deyə o bildirir.

Amerika tərəfində yük maşınlarının daimi səsi və Meksika tərəfində daim aparılan şəhərsalınma işləri tunellərin qazıntı işlərinin gizli aparılması üçün əlverişli şərait yaradır. Narkotik qaçaqçıları tunelləri qazmaq üçün lazım olan heç nəyi əksik etmir və hər tunel üçün təxminən 2 milyon dollar xərcləyir.

Bu 20 metr dərinliyi olan Qalvez tunelidir. Bu tuneldə qatar relsləri, işıq və hətta telefon sistemi var.

Tunel sərhəd divarı altından keçir və 70 metr uzunluğundadır. O, drel və kürəklər vasitəsilə qazılıb. Tunel qazıntı işləri bitmədən dövlət orqanları tərəfindən aşkar edilib. Onun yerini müəyyən etmək üçün Sərhəd Patrul Xidməti bir sıra mürəkkəb alətlərdən, o cümlədən torpağı dəlib keçə bilən radarlar və sensorlardan istifadə edir.

Lans LeNuar San Dieqo Tunel Tapmaq Komandasına başçılıq edir. Bu komandanın üzvləri “tunel sıçovulları” adlanır. LeNuar deyir ki, qaçaqçılar bu tunellərdən marixuana keçirtmək üçün istifadə edir. Onların keçirməyə çalışdıqları marixuana böyük miqdarda olur və bu səbəbdən də onları narkotik maddələri aşkar etmək üçün xüsusi təlim keçmiş itlər və sərhəddəki digər təhlükəsizlik yoxlanışlarından keçirmək çətindir.

Marixuana qaçaqçılığı səbəbilə sərhəd patrul xidmətininin işçilərinin işi çox olur.

“Onlar Meksika ilə sərhədimizə çox yaxın yerdə 13 şəxsi ələ keçiriblər. Onlar ayaqyoluda yerin altında tunelə giriş aşkar ediblər. Tunelə hidravlik lift sistemi vasitəsilə enmək olur”, LeNuar deyir.

ABŞ dövlət orqanları aşkar etdikləri tunelləri bağlayır.

Lans LeNuar: “Biz yerə “X” işarəsi qoyuruq, sonra yeri deşib, tuneli sementlə doldururuq”.

2007-ci ildən 2015-ədək ABŞ Milli Təhlükəsizlik Nazirliyi tunelləri sementlə bağlamaq üçün 8,7 milyon dollar xərcləyib. Meksikanın Milli Təhlkəsizlik Nazirliyi isə fərqli üsuldan istifadə edir.
“Adətən onlar tunelin girişini zibillə doldururlar”, deyə Hose Hernandez bildirir.

Bu üsul Meksika və ABŞ rəsmiləri arasında münaqişə mənbəyidir, çünki bu üsulla məsələ kökündən həll olunmur. Meksika tərəfində azı altı tunel yenidən açılıb. Dövlət orqanları sementdən istifadə etməyə pullarının olmadığını deyir.

Lakin iki ölkə tunellərin və qaçaqçıların qarşısını almaq sahəsində əməkdaşlıq etməyə davam edir. Birləşmiş Ştatlar qeyri-qanuni narkotikləri və narkotik qaçaqçılığını ölkənin sağlamlıq və təhlükəsizliyinə hədə olaraq görür (“Amerikanın səsi”).



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə