Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SDU-da beynəlxalq elmi konfrans keçirildi
SDU-da  beynəlxalq elmi konfrans keçirildi
25 May 2017 / 16:51 / Baxış sayı: 154
Font1 Font2 Font3 Font4

Mayın 25-də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti və AMEA Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetinin 55 illiyinə həsr olunmuş “Riyaziyyatın nəzəri və tətbiqi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, prof. Misir Mərdanov, respublikamızın digər ali təhsil müəssisələrinin nümayəndələri, o cümlədən Türkiyə, Gürcüstan, Rusiya Federasiyası və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdiyi beynəlxalq konfransı giriş sözü ilə universitetin rektoru prof. Elxan Hüseynov açaraq tədbir iştirakçılarını salamladı, onları universitetimizdə görməyindən məmnunluğunu ifadə etdi. Bildirdi ki, zəngin və şərəfli yol keçmiş, ölkəmizin elmi-intellektual potensialının inkişafına əvəzsiz töfhələr verən Sumqayıt Dövlət Universiteti 55 illik yubileyi ərəfəsindədir. Bu məqsədlə silsilə tədbirlər, beynəlxalq elmi simpozium, konfrans və seminarlar təşkil olunur, professor-müəllim heyətinin təcrübə mübadiləsi aparılır, qarşılıqlı maraqdoğuran sahələrdə tədqiqat layihələri birgə yerinə yetirilir, bütün bunlar universitetimizin tərəqqisinin bariz göstəricisidir.

Rektor konfransın əhəmiyyətini vurğulayaraq universitetdə dəqiq elmlərin tədrisində informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən, bir sıra fənn laboratoriyalarının yaradılmasından, mövcud vəziyyətdən bəhs etdi. Bildirdi ki, Ulu Öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. O, elmə və elm adamlarına hər zaman qayğı göstərmiş, bu gün dahi şəxsiyyətin dövlətçilik prinsipləri Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ölkəmizdə bir çox sahələrdə olduğu kimi riyaziyyat elminin inkişafında, elmi kadrların hazırlanmasında da Sumqayıt Dövlət Universitetinin müstəsna xidməti var. Rektor prof. Elxan Hüseynov AMEA Riyaziyyat və Mexanika İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən

konfransın işinə uğurlar arzuladı, belə konfransların mütəmadi təşkilinin vacibliyini qeyd etdi.

Konfransda AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, prof. Misir Mərdanov “Azərbaycanda riyaziyyatın inkişafı tarixindən” mövzusunda çıxış edərək Azərbaycan riyaziyyat və mexanika elmlərinin inkişafında əvəzsiz xidmətləri olan alimlərimiz haqqında geniş məlumat verdi və qeyd etdi ki, onlar elmimizin inkişafı yolunda üzərinə düşdüyü vəzifələri həmişə şərəflə yerinə yetirərək, ölkəmizi layiqincə təmsil ediblər. Prof. Misir Mərdanov rəhbərlik etdiyi institutun bir çox elm, təhsil mərkəzləri ilə sıx əməkdaşlıq etdiyini, ölkəmizi intellektual kadr potensialının formalaşmasına böyük töfhələr verdiyini diqqətə çatdırdı. Bugünkü beynəlxalq konfransın keçirilməsi elm və təhsilimizin inteqrasiyasına böyük təkan olduğunu vurğuladı.

Sonra Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi, İdarəetmənin ümumi problemləri kafedrasının prof. Andrey Fursikov “3D helmholts sistemi ilə əlaqəli normal tip parabolik tənlik və onun qeyri-lokal stabilləşməsi”, Başqırdıstan Dövlət Universitetinin Sterlitamak filialı Riyazi analiz kafedrasının müdiri, Başqırdıstan Respublikası EA-nın müxbir üzvi, prof. Kamil Sabitov “Qarışıq tip tənlik üçün qeyri-lokal Frankl məsələsi haqqında”, Tbilisi Dövlət Universiteti, Tətbiqi Riyaziyyat İnstitutu, prof. Tamaz Tadumadze “Gecikən arqumentli diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinin bəzi məsələləri: həllərin variasiyalı düsturları, optimallaşdırma, həssaslığın analizi”, İvan Franko adına Lvov Milli Universitetinin Diferensial tənliklər kafedrasının müdiri prof. Mikola İvançov “Düzbucaqlı oblastda güclü cırlaşan istilikkeçirmə tənliyi üçün tərs məsələ haqqında”, Sumqayıt Dövlət Universitetinin Diferensial tənliklər və optimallaşdırma kafedrasının müdiri prof. Fikrət Feyziyev “Modulyar dinamik sistemlər nəzəriyyəsininin inkişafı və müasir problemləri” mövzularında məruzə ilə çıxış etdilər. Konfransda funksional analiz və funksiyalar nəzəriyyəsi, diferensial tənliklər və riyazi fizika, optimallaşdırma və optimal idarəetmə, riyaziyyat və informatikanın tədrisi metodikasının aktual məsələləri üzrə məruzələr dinlənildi, müzakirələr aparıldı. Konfrans öz işini bölmə iclaslarında davam etdirdi.

Qeyd edək ki, konfransa 385 nəfərin 310 tezisi qəbul edilmiş və konfrans materialları toplusu şəklində çap olunmuşdur.

arxiv.bizimxeber.az

SDU_9216 SDU_9228 SDU_9456



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə