Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daha bir neçə ölkənin lideri Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Daha bir neçə ölkənin lideri Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
25 May 2017 / 17:15 / Baxış sayı: 208
Font1 Font2 Font3 Font4

Daha bir neçə ölkənin lideri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Bizimxeber”in xəbərinə görə, Polşa Respublikasının Prezidenti Andjey Dudanın məktubunda deyilir:

“Hörmətli Cənab Prezident,

Azərbaycan Respublikasının milli bayramı – müstəqilliyin elan olunmasının 99-cu ildönümü ilə əlaqədar Polşa Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə xoş arzularımı və səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi işində və bütün vətəndaşların firavan yaşamasına xidmət edən sosial-iqtisadi islahatların həyata keçirilməsində Sizə uğurlar diləyirəm.

Möhtərəm cənab Prezident, cari ilin iyun ayında Polşa Respublikasına rəsmi səfərinizi gözləyirəm. Əminəm ki, görüşümüz Polşa və Azərbaycan arasında yüksək səviyyəli siyasi dialoqa, xüsusən iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişlənməsinə təkan verəcək.

Hörmətli cənab Prezident, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqına rifah arzularımı qəbul etmənizi xahiş edirəm”.

Çex Respublikasının Prezidenti Miloş Zemanın məktubunda deyilir:

“Zati-aliləri,

İcazə verin, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına səmimi təbriklərimi çatdırım. Mən şadam ki, Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir.

Zati-aliləri, məsuliyyətli işinizdə Sizə müvəffəqiyyətlər diləyir, Azərbaycan Respublikasının vətəndaşlarına əmin-amanlıq və rifah arzulayıram”.

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenin məktubunda deyilir:

“Zati-aliləri,

Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına xoşbəxt gələcək dolu gözəl arzularımı çatdırıram”.

Litva Respublikasının Prezidenti Dalya Qribauskaytenin təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Xahiş edirəm, milli bayramınız – Respublika Gününün 99-cu ildönümü münasibətilə təbriklərimi qəbul edin. Ölkənizə səmimi qəlbdən firavanlıq, uğurlar və əmin-amanlıq arzu edirəm.

İnanıram ki, Azərbaycan ilə Litva arasındakı açıq dialoq, ikitərəfli səviyyədə və Avropa İttifaqı çərçivəsində genişmiqyaslı əməkdaşlıq gələcək illərdə qarşılıqlı faydalı fəaliyyət üçün böyük imkanlar yaradacaq. Mən qətiyyətlə inanıram ki, biznes, təhsil və tələbə mübadiləsi, turizm və mədəniyyət sahələrində birgə həyata keçirilən layihələr xalqlarımızın münasibətlərini möhkəmləndirməkdə davam edəcək və dövlətlərimiz arasındakı əməkdaşlığı genişləndirəcək.

Bu xoş fürsətdən istifadə edib, Sizi bir daha milli bayramınız münasibətilə təbrik edirəm. Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramlarımı qəbul edin”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə