Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yayda keçiriləcək buraxılış və qəbul imtahanlarının tarixi açıqlandı – CƏDVƏL
Yayda keçiriləcək buraxılış və qəbul imtahanlarının tarixi açıqlandı – CƏDVƏL
25 May 2017 / 21:54 / Baxış sayı: 3050
Font1 Font2 Font3 Font4

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən yay qəbul imtahanlarının, buraxılış imtahanlarının, orta ixtisas təhsili müəssiələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarının tarixləri müəyyən olunub.

Dövlət İmtahan Mərkəzindən ( DİM ) “Bizimxeber”ə verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı iyulun 14-də, I və IV ixtisas qrupları üzrə isə iyulun 22-də keçiriləcək.

Bölgələr üzrə ümumi orta (9 illik, II mərhələ) və tam orta (11 illik) təhsil bazasında  təhsilalanların yekun qiymətləndirilməsi üçün keçirilən buraxılış imtahanları 17, 23, 30 iyun tarixlərində aşağıdakı qrafikə uyğun təşkil olunacaq.

 

Tarix Şəhər (rayon)
17.06.2017 Bakı, Sumqayıt, Abşeron, Naxçıvan Muxtar Respublikası
23.06.2017 Lənkaran, Astara, Masallı, Lerik, İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Mingəçevir, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Xaçmaz, Şabran, Siyəzən, Xızı
30.06.2017 Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağsu, Zərdab, Şamaxı, Qobustan, Kürdəmir, Qusar, Quba

 

Qeyd 1: Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda)  yuxarıdakı qrafikə uyğun verəcəklər.

Qeyd 2: Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin  şagirdləri üçün iyunun 30-da keçiriləcək.

Ali təhsil müəssisələrinin V ixtisas qrupuna , ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssiələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları və eksternat qaydasında yekun qiymətləndirmədə iştirak edən şəxslər üçün imtahanlar isə iyulun 5-də keçiriləcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə