Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hüseyn Bağırov və BMT nümayəndəsi Qızılağac Dövlət Qoruğunda -YENİLƏNİB-FOTOLAR
Hüseyn Bağırov və BMT nümayəndəsi Qızılağac Dövlət Qoruğunda -YENİLƏNİB-FOTOLAR
25 May 2017 / 21:00 / Baxış sayı: 844
Font1 Font2 Font3 Font4
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İshaqzai Qızılağac Dövlət Qoruğuna səfər ediblər.
Nazirliyin mətbuat xidmətindən “Bizimxeber”ə verilən məlumata görə, səfər “Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi” adlı layihə çərçivəsində təşkil edilib. Layihə Azərbaycanın nadir və zəngin biomüxtəlifliyini qorumaq üçün sahilyanı və dəniz qoruqlarının idarəetmə səmərəliliyini artıracaq. Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMTİP tərəfindən həyata keçirilir və Qlobal Ekoloji Fond (QEF) tərəfindən maliyyələşdirilir.
Bu səfərin məqsədi layihənin inkişafını və gələcəkdə həyata keçiriləcək tədbirlərə baxış keçirmək olub. Layihə çərçivəsində Qızılağac qoruğu üçün yeni inzibati bina tikilib və qoruqda qeyri-qanuni ovçuluq və digər qanunsuz fəaliyyətlərdən qorunmaq üçün kanallar qazılıb. Layihə çərçivəsində Qızılağac qoruğunun GIS elektron xəritəsini tərtib olunub.  Bundan əlavə, layihə komandası meşə gözətçilərinin və onların gözətçi məntəqələrinin tikintisi və təmiri də daxil olmaqla onların iş şəraitini yaxşılaşdırılmasını planlaşdırır. Həmçinin, bacarıqların artırılması üzrə işçi heyətinə təlimlər təşkil olunacaq, idarəçilik və maliyyə planlarının, eləcə də dəniz və sahilyanı qorunan ərazilərinin uzunmüddətli dayanıqlılığını təmin etmək üçün Ekosistem Monitorinq Proqramının hazırlanmasına və Qızılağac qoruğunun milli parka çevrilməsinə kömək ediləcək.
arxiv.bizimxeber.az
 AZIZ0044 AZIZ0154 AZIZ0203 AZIZ0449 AZIZ0496 AZIZ9902 AZIZ9973

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə