Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ-ın baş prokuroru rusiyalı səfirlə görüşləri gizli saxlayıb
ABŞ-ın baş prokuroru rusiyalı səfirlə görüşləri gizli saxlayıb
25 May 2017 / 21:25 / Baxış sayı: 448
Font1 Font2 Font3 Font4

ABŞ-ın baş prokuroru Ceff Seşns Rusiyanın Vaşinqotndakı səfir Sergey Kislyakla görüşləri barədə məlumat verməyib.

“Report” “dw”yə istinadən xəbər verir ki, bu məlumat mayın 25-də yayılıb.

Bildirilib ki, Ceff Seşns məxfi informasiyalar əldə etmək üçün “SF86” anket formasındaki təmaslar qrafasında rusiyalı səfir Sergey Kislyakla görüşləri barədə məlumat yazmayıb. Halbuki həmin qrafaya özünün və ailə üzvlərinin xarici dövlətlərin nümayəndələri ilə 7 illik bütün təmaslar barəsində məlumatların yazılması məcburidir.

ABŞ-ın baş prokuroru 2016-cı ildə azı 2 dəfə rusiyalı səfirlə görüşüb.

ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi Yen Prayor bildirib ki, “SF-86” anketi doldurarkən, Baş Prokurorluğun əməkdaşları Federal Təhqiqat Bürosunun sənədin yazılma qayadalarını araşdıran məsul şəxsləri ilə məsləhətləşiblər.

Qeyd edək ki, Ceff Seşns 2017-ci il fevarlın 9-dn baş prokurudur. O, 1997-ci il yanvarın 3-dən 2017-ci ilin fevralınadək Alabama ştatının senatoru olub.

arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə