Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yaz imtahanında uğur qazanan qayda pozsa – NƏTİCƏLƏR …
Yaz imtahanında uğur qazanan qayda pozsa – NƏTİCƏLƏR …
26 May 2017 / 12:12 / Baxış sayı: 210
Font1 Font2 Font3 Font4

“Yayda keçiriləcək ikinci qəbul imtahanlarında şansını sınamaq istəyən abituriyentlər qaydaları pozsalar, onların yazda keçirilən birinci imtahan nəticəsi də ləğv olunacaq”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AZTV-də yayımlanan “Günün nəbzi” proqramında deyib.

M.Abbaszadə  bildirib ki, birinci imtahanda 680-700 bal intervalı arasında nəticə göstərən abituriyentlər də yay imtahanında şanslarını sınamaq üçün qeydiyyatdan keçiblər: “Yaz imtahanında 680-700 bal arası nəticə göstərənlərdən I qrup üzrə 47 nəfərdən 28-i, II qrup üzrə 11 nəfərdən 8-i, III qrup üzrə 16 nəfərdən 12-si, IV qrup üzrə isə 19 nəfərdən 12-si yay imtahanında iştirak etmək üçün qeydiyyatdan keçiblər”.

DİM sədri qeyd edib ki,  birinci imtahanda yaxşı nəticə göstərib ikinci üçün qeydiyyatdan keçənlərin başqa məqsədi də ola bilər: “ Əgər onlar şəxsi rekordlarını daha da yaxşılaşdırmaq istəyirlərsə, bu,  yaxşıdır. Amma elələri də ola bilər ki, ikinci imtahanda dostlarına köməklik etmək üçün gələ bilər”.

M.Abbaszadə həmin abituriyentlərə xəbərdarlıq  da edib. O deyib ki, ikinci imtahanda hansısa  qanun pozuntusuna yol verən şəxsin birinci imtahan nəticəsi də ləğv ediləcək: “ İmtahana məsuliyyətsiz yanaşan və yanındakına da təsir göstərməyə çalışan şəxs imtahandan xaric olunacaq və nəticələri ləğv ediləcək. Onu da qeyd edim ki, birinci imtahanda nəticələri ləğv edilən şəxs ikinci imtahanda iştirak edə bilməyəcək”.

M.Abbaszadə onu da əlavə edib ki, yaz imtahan nəticələrini ötən ilki nəticələrlə müqayisə etmək hələ tez sayılır və bu düzgün deyil.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə