Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazir baş redaktoru işdən çıxartdırıb? (AÇIQLAMA)
Nazir baş redaktoru işdən çıxartdırıb? (AÇIQLAMA)
26 May 2017 / 12:15 / Baxış sayı: 374
Font1 Font2 Font3 Font4

“Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) “Hər gün” informasiya proqramının keçmiş baş redaktoru Elman Gədiklini işdən getməyi ilə bağlı açıqlama verib.

“Bizimxeber” xəbər verir ki, ölkə.az-a açıqlama verən E.Gədikli əsəblərində problem yarandığı üçün belə qərar verdiyini bildirib: “Son bir ildə əsəblərim yerində deyildi. Bir ay ərzində isə bacımı və qardaşımı itirmişəm. Ona görə də çox gərginəm. Xəbərlər də ağır yerdir. Ona görə öz ərizəmlə işdən çıxmışam. Amma ola bilsin ki, nə vaxtsa “Space”ə qayıtdım”.

Keçmiş baş redaktor yerinə təyin edilən Azadə Balayeva barədə danışmaq istəməyib: “Əgər rəhbərlik belə qərar veribsə, bunu onlardan soruşun”.

Qeyd edək ki, E.Gədiklinin işdən çıxarılmasıyla bağlı da xəbərlər yayılıb. Bildirilir ki, təhsil sistemi haqda tənqidi süjetdən sonra təhsil naziri Mikayıl Cabbarov “Space”in rəhbəri Vaqif Mustafayevə zəng vurub. Hətta, Mikayıl Cabbarov həmin materialın Təhsil Nazirliyinə qarşı qərəz doğurduğunu vurğulayaraq, günahkarın cəzalandırılmasını istəyib. Məhz bu zəngdən sonra E.Gədikli işdən çıxarılıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə