Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

IX sinif üzrə buraxılış imtahanları ilə bağlı-DİM-dən AÇIQLAMA
IX sinif üzrə buraxılış imtahanları ilə bağlı-DİM-dən AÇIQLAMA
26 May 2017 / 12:22 / Baxış sayı: 456
Font1 Font2 Font3 Font4

“Bu həftənin cümə və ya şənbə günü IX sinfin buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlayacağıq”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AzTV-də yayımlanan “Günün nəbzi” proqramında deyib. IX sinfin buraxılış imtahanının I mərhələsinin müxtəlif zonalar üzrə keçirildiyini xatırladan M. Abbaszadə bildirib ki, birinci martın 5-də keçirilən imtahanların nəticələri açıqlanacaq: “Daha sonra martın 12-də keçirilmiş buraxılış imtahanlarının, növbəti mərhələdə martın 18-də və bir müddət sonra aprelin 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanacaq. Hər imtahanın nəticələrinin açıqlanmasının arasında təxminən 2 gün olacaq. Bu, nə üçün belədir?! Çünki nəticələri təkcə arayışı “Neçə bal toplayıb” formasında vermirik. Bu nəticələrdə yazı işləri də var. Yazı işlərinə verilən cavablar bir neçə səhifədən ibarətdir. Bütün yazı işləri yüklənir, hər bir şəxs öz yazı işini görür, çap edib, yoxlaya da bilər. Eyni zamanda da, hər bir test sualından, hər bir açıq sualdan nə qədər bal topladığı arayışda əksini tapır. Biz öz saytımızda həmin variantın hər sualının qiymətləndirmə meyarını da açıqlayacağıq. Qiymətləndirmə meyarı imkan verəcək ki, yazı işinə, öz cavabına baxan hər bir şəxs arayışda olan balı görsün”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə