Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Masallıda bəzi evlərdə çökmə baş verib, bir neçə ailə evakuasiya olunub-FOTOLAR
Masallıda bəzi evlərdə çökmə baş verib, bir neçə ailə evakuasiya olunub-FOTOLAR
25 May 2017 / 22:24 / Baxış sayı: 268
Font1 Font2 Font3 Font4

Masallı rayonunun üç kəndində bəzi evdə çökmə baş verib, divarlarda iri çatlar yaranıb. Həmin evlərdən 35 –i tam qəzalı vəziyyətə düşüb, bir neçə ailə evakuasiya olunub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Qodman, Əzizabad və Məmmədrzaküçə kəndlərində onlarla ev təhlükə ilə üzləşib. Belə ki, son vaxtlar yaşayış evlərində çökmələr baş verib və bəzi evlərin istinad divarlarında iri çatlar yaranıb. Bu ərazilərdə yenidən aktivlik müşahidə olunur.

Əksər qəzalı evlərin sakinləri qohumlarının evlərinə sığınmaq məcburiyyətində qalıblar. Kəndin bələdiyyə sədri Siruz Səfərovun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, yaxın günlərdə evlərə baxış keçiriləcək.

Qeyd edək ki, hazırda Qodman kəndində 55, Əzizabad kəndində 11, Məmmədrzaküçə kəndində 11 yaşayış evində təhlükə qalmaqdadır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə