“Bizimxeber” məlumat verir ki, əhalisinin sayına görə rekordu təzələyən yeni ölkə barədə demoqrafiya üzrə çinli mütəxəssis İ Fusyan bəyənat verib.
Medisonun Viskon universitetinin professoru İ Fusyan deyib ki, ÇXR öz ölkəsinin əhalisinin syaını şişirdir. Belə ki , Çinin əhalisi rəsmi mənbələrdə göstərildiyindən 90 milyon azdır. Alimin sözlərinə görə hal hazırda çİndə 1.29 mlrd əhali var. Rəsmi rəqəmlər isə 1.38 mlrd göstərir.
İ Fusyanın qiymətləndirməsinə görə Hindistanda 1.32 mlrd əhali olduğuna görə o əslində Çini əhali sayına görə qabaqlayır.
İ Fusyan Asiyada səs küy salan ” Ulduzu sönən -Böyük ölkə ” kitabının müəllifidir. Araşdırmaçı alim çinlilərin ailə planması olan “bir ailə -bir uşaq” prinsipinin ölkəsinə böyük zərbə vurduğunu iddia edir.
Jalə
arxiv.bizimxeber.az