Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Britaniya ordusundan İŞİD-ə “Sevgi dolu” mesaj (FOTOLAR)
Britaniya ordusundan İŞİD-ə “Sevgi dolu” mesaj (FOTOLAR)
26 May 2017 / 14:34 / Baxış sayı: 250
Font1 Font2 Font3 Font4

Böyük Britaniyanın Kraliyət Ordusu (Royal Air Force) Suriyadakı İŞİD qüvvələrini məhv etmək üçün hazırlanan roketlərin üzərinə “Mançestrdən sevgilərlə” mesajını yazıb.

“Qaynarinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, fotoların əvvəlcə sosial şəbəkələrdə aldadıcı məqsədlə paylaşıldığı düşünülsə də, RAF rəsmiləri bunun gerçək olduğunu təsdiqləyib. Görüntüləri yayılan raketlərin Yaxın Şərqdə bir sualtı gəmiyə aid olduğu iddia edilir. Bunun əvvəlcə 4-cü nəsil bomba olduğu bildirilsə də, sosial şəbəkələrdə həmin raketlərin “Cəhənnəm silahı” olması barəsində informasiyalar yayılıb.

Qeyd edək ki, bombalar üzərinə mesaj yazma xüsusiyyəti İkinci Dünya Müharibəsinə qədər gedib çıxır və o zamandan bəri bütün münaqişələrdə istifadə edilir. Belə ki, nümunələr arasında 2015-ci ildə Paris olaylarından sonra “Parisdən sevgilərlə”, ayrıca rus əsgərləri İŞİD-ə qarşı istifadə etdikləri bombalara “Paytaxtdakı qorxunc hücumun qurbanlarına dəstək üçün Suriyadakı İŞİD qüvvələrinə Parisdən hədiyyə”, İkinci Dünya Müharibəsi zamanı “Xoşbəxt Pasxadan Adolfa, çalışdır, Romel! Qaç!” və “Bu, Yaponiyanın sonuncu doğan Günəşidir” və s. var.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə