Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

NATO PA-nın prezidenti: “Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyirik”
NATO PA-nın prezidenti: “Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyirik”
26 May 2017 / 14:40 / Baxış sayı: 222
Font1 Font2 Font3 Font4

“NATO Parlament Assambleyasının yaz sessiyasında bir sıra mühüm məsələlərə, o cümlədən Əfqanıstan, Pakistan, Ukrayna, Moldova və digər bölgələrdə mövcud olan münaqişələrə baxılacaq, dövlətlərin ərazi bütövlüyü də diqqət mərkəzində olacaq”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu NATO PA-nın bu gün Tbilisidə başlayacaq yaz sessiyası ilə əlaqədar təşkil olunan mətbuat konfransında Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze deyib

O qeyd edib ki, Avroatlantik strukturlara inteqrasiya onun ölkəsinin xarici siyasətinin əsas prioritetlərindəndir: “NATO PA-nın yaz sessiyasının Tbilisidə keçirilməsi bu proseslərin daha da sürətlənməsinə səbəb olacaq”.
NATO PA-nın prezidenti Paolo Ali sessiyada müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib, qəbul olunacaq sənədin və tövsiyələrin bütün ölkələr üçün vacib olduğunu bildirib. Təşkilat rəhbəri deyib ki, dünyada baş verən proseslər, mövcud münaqisələr hamini ciddi narahat edir: “Biz dünyada, eləcə də, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyirik”.
Sonra o, Gürcüstanın NATO-ya üzvlüyü, regiondakı təhdidlər, kibercinayətkarlığa qarşı mübarizə ilə bağlı suallarını cavablandirıb.
Qeyd edək ki, mayın 26-dan 29-dək Tbilisidə NATO PA-nın yaz sessiyası keciriləcək. Sessiyada Azərbaycan Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu iştirak edir.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Siyavuş Novruzov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə