Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Məni Sevinc Babayevasayağı öldürmək istəyirlər”
“Məni Sevinc Babayevasayağı öldürmək istəyirlər”
03 May 2013 / 10:12 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Elşad Abdullayevdən sensasion müsahibə

“Bu günə qədər 11 cəhd olub, hamısının da qarşısı alınıb” deyən sabiq rektor bugünkü vəziyyətdə Bakıya gəlməyini mümkünsüz hesab edir; “Onları məşq zallarında görmüşəm, kürdcə danışan, çox güman ki, PKK-çı idilər…”

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev ötən ilin sentyabr ayından etibarən yaydığı videolarla gündəmin nəbzini müəyyənləşdirir. Sözügedən videolara görə həbs edilən sabiq deputat Gülər Əhmədova isə hazırda onun Azərbaycana gətirilməsini tələb edir. Sabiq deputat istintaq qarşısında şərt qoyaraq E.Abdullayev ölkəyə gəlməsə, istintaqa ifadə verməyəcəyini deyib.

 E.Abdullayev “Yeni Müsavat” a müsahibəsində bəzi məqamlara aydınlıq gətirib. Müsahibimiz öncə qardaşı Mahir Abdullayevin oğurlanması və ABU-nun işi ilə bağlı araşdırma aparan Elnur Məcidli barədə danışıb.

– Elnur Məcidli blogger araşdırmaçıdır. Bakıdakılar elə təsəvvür edir ki, sanki Elnur bəy sıradan bir adamdır. Bu adam Sarbonna Universitetinin hüquq fakültəsinin məzunudur. Jurnalist təhqiqatçıdır, özü də Avropa müstəvisində. O, Mahir Abdullayevin işini də araşdırır. Fransada olanda mənə yaxınlaşdı. Ona vəziyyəti izah etdim. Ondan sonra Gülər Əhmədovanın facebook ünvanına yazdı ki, siz Elşad Abdullayevin pulunu almısız və onu qaytarmalısız. Bu məktubun bir surətini də Elnur bəy mənə yolladı. Bu məktub mənim arxivimdə də var. Aradan bir neçə gün keçəndən sonra Elnur Məcidli insan hüquqları ilə bağlı bir konfransa dəvət olunmuşdu. Həmin tədbirdə Gülər Əhmədovanın oğlu Əkbər də olub. O, Elnura yaxınlaşıb və ona vəziyyəti izah edib. Əkbər deyib ki, anamın aldığı pulu bu gün biz qaytara bilmirik. Xahiş edib ki, bizə zaman verilsin. Ona görə ki, o pulu anam özü götürməyib, müəyyən şəxslərə verib. (Biz E.Abdullayevin çəkdiyi adları məhkəmə perspektivini nəzərə alaraq yaya bilmirik-red.) Onda Sevinc Babayeva sağ idi. Onun adamları məsələni belə qoydular ki, Gülər Əhmədova pulu verdiyi adamlardan onu geri istəyəndə ona deyilib ki, “15-20 ildir deputatsan, get, özün həll elə bu məsələni, haqq-hesabı özün çək, pulu özün qaytar”. Mənim bir yaxın adamım var. Əvvəlcə Gülər Əhmədova ona deyib ki, 3 gündən sonra pulu qaytaracağam. Amma 3 gündən sonra başlayıb həmin adamı söyməyə. Həmin adam da düşünüb ki, bunun başı xarab olub? Özü gəlib məni tapıb, sonra da başlayır söyməyə.

– Bəs özünüz Gülər Əhmədova ilə pulun qaytarılması istiqamətində söhbətlər etmisizmi?

– Bu 9 il müddətində mən Gülərə çox müraciət eləmişəm. Demişəm, ay bacı, qardaşım Mahir Abdullayevin oğurlanması ilə bağlı pul almısan? Qaytar. Deputatlıqla bağlı pul almısan? Qaytar. Bu adamdan pul istəyən kimi hücumlar başlanırdı. Bu hücum da nədən ibarət idi? O vaxt Gülər Əhmədovanın deputatlıqdan başqa iki başqa funksiyası vardı. Bunlardan biri MTN-in xalq arasında adam oğurluğu komissiyası adlanan komissiyanın üzvü olması idi. Eyni zamanda Karate Federasiyasının prezidenti idi. Onun Bakının müxtəlif yerlərində dəstələri var idi. Hazırlıqlı adamlardır. Onları məşq zallarında görmüşəm. Kürdcə danışan, çox güman ki, PKK-çı idilər. Onlar məşq zalında Hollivud kinoları çəkirdilər az qala, hazırlıqlı idilər. Mən ondan pul istəyən günün səhəri bu dəstənin uşaqları maşınımın qabağını «KamAZıla kəsiblər. İşə gələndə də görmüşəm ki, bir prokuror gəlib oturub kabinetimdə və başlayıb mənə hədə-qorxu gəlməyə ki, sən korrupsionersən və sair. Özü də o prokurorların çoxu vicdan əzabı çəkirdi. Əksəriyyətinə Bakı Dövlət Universitetində hüquq fakültəsində dərs demişəm, müəllimləri olmuşam. Onlar da mənə dostcasına deyirdilər ki, Elşad müəllim, bu qadın kimdirsə, ondan əl çək. Yoxsa səni korrupsioner elan edəcəklər. Mən də onlara “yaxşı” deyəndən sonra onlar bu işin başını boş buraxmışdılar. Sonra MTN-in işçiləri məni təhdid etdilər. Yəni mən gedib onlardan haqqımı, pulumu tələb edəndə hər dəfə eyni situasiya ilə üzləşmişəm. Arzu Kazımovla bağlı situasiyada da eyni şey olub, Gülər Əhmədova ilə bağlı situasiyada da. Bunlar nə böyük fiqurlardır ki, hər dəfə bunlardan haqqımı, pulumu istəyən kimi gəlib otağımda prokuror otursun? Bunlar dövlətdən kənarda olan işlər deyil ki…

– Gülər Əhmədova sizin Bakıya gəlib, ifadə verməyinizi tələb edib. Əks halda, istintaqa ifadə verməyəcəyini deyib…

– Birinci ondan başlayaq ki, mən Fransaya necə gəldim… Mən Azərbaycandan 10 gün gec çıxsaydım, qara maskalılar günün günorta çağı silahlı basqın edib, məni tutacaqdılar. Ramiz Mehdiyevin qohumu mənim yanımda prorektor idi. Deyirdim, ay qardaş, MTN-in polkovnikisən, mənə qara maskalılar silahlı basqın edib, özü də filankəsdir. Xahiş edirəm, tədbir gör. Üzünü o tərəfə tuturdu. Deyirdim, axı sənin vəzifən məni qorumaqdır. O ki qaldı mənim Bakıya gəlməyimə, bugünkü vəziyyətdə bu, mümkün deyil. Çünki istintaq qeyri-obyektiv aparılır. Bu qədər videofaktlar olan halda araşdırmalar göz qabağındadır. Halbuki bir video faktım kifayətdir. Gözlə görünən, qulaqla eşidilən şeylərə görə bunlar saxta rəylər alırlar. Bunların istintaqı qeyri-obyektivdirsə, mənim ora gəlməyimin nə mənası var?

– Bakıya gəlsəniz, sizi həbs edə bilərlərmi?

– Azərbaycanda insan oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstəni məndən qoruyurlar. Gülər Əhmədovanın, Arzu Kazımovun videolarının mətbuatda yayılması həm də bunun sübutu idi. Bu videolar müəyyən mənada göstərdi ki, onlar müxalifəti də sıradan çıxarıblar. Saakaşvili türmədən göndərilən 12 dəqiqəlik videoya görə naziri istefaya göndərdi. Bunun mexanizmini də müxalifət hazırladı. Mənim bu boyda videogörüntülərim yayımlanır, bunu bütün dünya bilir, hətta ABŞ Dövlət Departamentinin hesabatına salınır. Amma bunun heç bir nəticəsi yoxdur.

– Hesabata salınmadan öncə ABŞ rəsmilərindən sizinlə danışıqlar aparılıbmı?

– Bəli, buna görə mənim yanıma gəliblər, məndən ifadə alıblar. ABŞ Dövlət Müşavirliyinin nümayəndəsi məndən ifadə aldı. Onların da çəkilişini etdim. Amma Azərbaycandakı bəzi qüvvələrə, xüsusən Gülər Əhmədovaya heç nə sübut etmək olmur. Durub deyir ki, biz bu videoyazıların ekspertizasını aparırıq. Elnur Məcidli də sizə dedi, mən də təkrar edirəm ki, o videolar saxta deyil. Biz sadəcə olaraq ilk dəfə orijinaldan çıxarış etmişik. Orijinalını prokurorluğa da vermişik. Bunlar 50-60 saatlıq videolardır. Kimdir bu qədər videoya baxan? Ona görə biz hadisənin məğzini göstərən hissələrdən çıxarışlar etmişik. Onlar indi bu video ilə bağlı Rusiyadan guya ki, rəy alırlar, bu videoların yararsız olduğunu sübut etmək istəyirlər. Bunun özü bir cinayətdir. Bunların planı o idi ki, Sevinc Babayeva hər şeyi boynuna alsın. Amma Sevinc boynuna almadı, bunu aparıb Türkiyənin göbəyində, dünyanın gözü qabağında öldürdülər. Yəni bunlar bir cinayəti gizlətmək məqsədilə daha ağır cinayətlər edirlər. Bunlar inkarı inkar prinsipi ilə işləyirlər. Çünki bunlar əllərində olan pullardan istifadə etmək istəyirlər. Amma gecikiblər. Çünki bu məsələ ABŞ Dövlət Departamentinin hesabatında da öz əksini tapıb.

– Yaxın müddət ərzində hansı videoları yaymağı planlaşdırırsız?

– Məsələ belədir ki, biz yayımlanacaq videolarla bağlı açıqlama verən kimi bizə ciddi təzyiqlər başlanır. Həmin videonun qəhrəmanları, onların yaxınları tərəfindən az qala ailə üzvləri səviyyəsində təzyiq olur. İnanın, bura qədər gəlib çıxırlar. Məsələn, ABŞ Dövlət Departamentinin son hesabatından sonra ABU-nun ərazisindəki idman zalında sökmə işləri aparmağa başlayıblar. Rasim İldırımzadənin videosunu yayanda da gedib həmin ərazidəki bir kafeni sökdülər. Axı o idman zalında qanunsuz heç nə yox idi. Araq istehsal edirdilər, ya çaxır, yoxsa nəşə? İnsanlar orda idmanla məşğul olurdular. Bəziləri üçün də ora sırf iş yeri idi, ailəsinə çörək pulu aparırdı. Ordan gələn gəlir heç idman zalının saxlanmasına da çatmır. Gəlib onu da söküblər. Bu, mənim mülkiyyətimdir. Bu necə dövlətdir? Konstitusiya ilə bu, mənim xüsusi mülkiyyətimdir, toxunulmazlıq hüququ var. Amma bu məsələ departamentin hesabatında çıxan kimi məndən bu cür qisas alırlar.

– Hazırda Fransada Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən izlənirsizmi?

– Bu günə qədər 11 cəhd olub, hamısının da qarşısı alınıb.

– Necə cəhd? Nə etmək istəyirdilər?

– Bir-iki dəfə istəyirdilər ki, məni burdan uzaqlaşdırsınlar, deportasiya etsinlər. İndiki vəziyyətdə məni Sevinc Babayevasayağı öldürmək istəyirlər. İndi Strasburqa gəlməyim barədə deyirlər ki, guya mən burda şikayət etmişəm. Amma Bakıda mən rektor olduğum müddətdə şikayət etmişəm. 4 aprel 2010-cu il tarixindədir mənim Avropa Məhkəməsinə şikayətim. Mən isə Bakıdan 2010-cu ilin sentyabr ayının 21-də çıxmışam. Apreldə müəyyən proseslər başladı. Hətta həmin vaxt Tahir Salahov, Misir Mərdanov, MTN naziri məni çağırdı ki, ordan sənədlərini götür. Götürməsən, sənin üçün çox pis olacaq. Mən isə dedim ki, “şikayəti geri götürməyəcəyəm, çünki siz bu problemləri həll etmək istəmirsiniz, taleyimlə futbol topu kimi oynayırsınız. Bir qardaşımı oğurlamısınız, o birini zəhərləmisiniz, özümə qara maskalılar basqın edir, heç şikayətimə də baxmırsınız. Mən nə etməliyəm? Mən hüquq dilində danışıram”. Bakıda olanda şikayət etmişəm və ondan dərhal sonra mənə hücumlar başlayıb. Necə olur ki, bir il qabaq mən Bakıda Təhsil Nazirliyi tərəfindən qabaqcıl təhsil işçisi adını alıram, bir il sonra isə ölkəni tərk edirəm? Bu nə cür olur? 59 yaşımda mən niyə ölkədən qaçmalıydım? Çünki haqqımı istəyirdim. Qardaşımı oğurlamısınız, qaytarın. Pulumu almısız, geri verin…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə