Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sədr: “ABB-nin reytinqlərinin düşməsi müvəqqəti haldır” – YENİLƏNİB
Sədr: “ABB-nin reytinqlərinin düşməsi müvəqqəti haldır” – YENİLƏNİB
26 May 2017 / 16:38 / Baxış sayı: 1178
Font1 Font2 Font3 Font4

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Xalid Əhədov mayın 23-də Londonda bankın xarici kreditorları ilə keçirilmiş görüşdən dərhal sonra əvvəlcə “Fitch”, ardınca bu gün “Moody’s” beynəlxalq reytinq agentliyinin ABB-nin reytinqlərini aşağı salmasına bir daha münasibət bildirib.
Bankın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, X.Əhədov deyib ki, bank rəhbərliyi tərəfindən əvvəlcədən də bəyan edildiyi kimi bu addım gözlənilən idi: “Restrukturizasiya prosesi keçən bank üçün bu, normal bir qərardır. Beynəlxalq reytinq agentlikləri öz ənənəvi standartlarına və praktikalarına əsaslanaraq ABB-nin reytinqlərini müvəqqəti aşağı saldılar. Bu hal qısamüddətlidir. Bankın maliyyə mövqeləri gücləndikcə beynəlxalq agentliklər öz qərarlarına yenidən baxaraq bankın reytinqlərini yenidən yüksəldəcəklər”.

 

Sədr vurğulayıb ki, bu qərarların bankın fəaliyyətinə hər hansı təsiri yoxdur. ABB bütün bank əməliyyatlarını, müştərilərə xidməti normal qaydada davam etdirir.

 

Onun sözlərinə görə, bankın xarici öhdəliklərinin restrukturizasiyası ABB-nin müştərilərinin və tərəfdaşlarının maraqlarına uyğundur. Bu proses bankın Azərbaycanda və xaricdə yenidən güclənməsini, maliyyə mövqelərinin möhkəmlənməsini təmin edəcək.

 

*** SAAT 15:50

 

“Moody`s” Azərbaycan Beynəlxalq Bankının daha bir reytinqini endirib

 

Azərbaycan Beynəlxalq Bankının xarici valyutada yüksək təminatsız kredit reytinqi “Caa3” səviyyəsindədir. “APA-Economics” xəbər verir ki, bu barədə “Moody’s” reytinq agentliyi məlumat yayıb.

Reytinq agentliyi bildirir ki, “Moody`s” bankın xarici və yerli valyutada uzunmüddətli depozit reytinqini “B1” səviyyəsindən “Caa2” səviyyəsinə endirib.

 

Depozit reytinqinin aşağı salınmasını agentlik bu cür izah edib: “Bundan öncə hökumətin banka maliyyə yardımının mümkünlüyü “çox yüksək” səviyyədə qiymətləndirirdiksə, hal-hazırda bunu “yüksək” kimi qiymətləndiririk. Hökumət və bankın birgə açıqlamasında restrukturizasiya prosesinin fiziki şəxslərin əmanətlərinə və korporativ depozitlərə təsiri etməyəcəyi bəyan olunub”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə