Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tramp Azərbaycan prezidentinə məktub yazdı: “Sizə minnətdarıq”
Tramp Azərbaycan prezidentinə məktub yazdı: “Sizə minnətdarıq”
26 May 2017 / 17:19 / Baxış sayı: 424
Font1 Font2 Font3 Font4

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp prezident İlham Əliyevə 28 May – Respublika günü münasibətilə təbrik məktubu ünvanlayıb.

arxiv.bizimxeber.az-ın Azərtac-a istinadən məlumatına görə, təbrikdə deyilir:

 

“Hörmətli cənab Prezident.

 

Mən 28 May – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Amerika Birləşmiş Ştatlarının xalqı adından təbrik edirəm.

 

Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır. Biz birgə səylərimizlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırıq. Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik.

 

Azərbaycan Avropa üçün yeni enerji mənbəyidir və biz bu sahədə uzunmüddətli və uğurlu əməkdaşlığımıza görə Sizə minnətdarıq. Sizin iqtisadiyyatınızı şaxələndirmək istiqamətində gördüyünüz işlərlə bərabər, biz ölkələrimiz arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyirik. Amerika Birləşmiş Ştatları, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir.

 

Mən bu mühüm tarix münasibətilə Sizi təbrik edirəm və həm ölkələrimiz, həm də dünya üçün daha gözəl gələcək naminə Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə