Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mariya Zaxarova Azərbaycan səfirliyinə gəldi -Azərbaycan xiyarını çox bəyəndi- FOTO,YENİLƏNİB
Mariya Zaxarova Azərbaycan səfirliyinə gəldi -Azərbaycan xiyarını çox bəyəndi- FOTO,YENİLƏNİB
26 May 2017 / 21:55 / Baxış sayı: 5316
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, bu gün Moskvada Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə qəbul keçirilib. Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, başqa qonaqlarla yanaşı, tədbirə Rusiya XİN başçısının müavini Qroqori Krasin və həmin qurumun mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova qatılıblar.

Tədbirdən sonra özünün “Facebook” səhifəsində təəssüratlarını bölüşən Mariya Zaxarova etiraf edib ki, səfirliyə gələrkən 10 dəqiqə oturandan sonra çıxıb getməyi düşünürmüş, lakin “xalq axını” və “canlı ünsiyyət” onu 1 saat səfirlikdə saxlayıb.

Rusiya XİN mətbuat xidməti rəhbərinin sözlərinə görə, Azərbaycan səfirliyində bayram süfrəsi plov, müxtəlif şorabalar və digər qida məhsulları ilə dolub daşırmış. Səfirliyi tərk edərkən diplomat özü ilə “masadan yadigar olaraq” xiyar və gilas götürüb və bununla bağlı yazıb: “Yeri gəlmişkən, Azərbaycan xiyarından yaxşısı yoxdur”.

*   *   *18:24

Bu gün Moskvada Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə qəbul keçirilib. Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, başqa qonaqlarla yanaşı, tədbirə Rusiya XİN başçısının müavini Qroqori Krasin və həmin qurumun mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova qatılıblar.

Tədbirdə çıxış etmiş Azərbaycan səfiri Polad Bülbüloğlu qeyd edib ki, azərbaycanlılar ölkələrinin müstəqilliyi ilə fəxr edirlər.

Qriqori Krasin çıxışında bildirib ki, Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə toxunan Rusiya XİN başçısının müavini vurğulayıb ki, bu “həddən artıq mürəkkəb münaqişə” olsa da, onun hərbi həlli yoxdur.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə