Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Təhsil Nazirliyindən ŞOK TƏKZİB-“Təhsil sistemində hər hansı ixtisar yoxdur”
Təhsil Nazirliyindən ŞOK TƏKZİB-“Təhsil sistemində hər hansı ixtisar yoxdur”
26 May 2017 / 21:31 / Baxış sayı: 2376
Font1 Font2 Font3 Font4

“Hazırda təhsil sistemində hər hansı ixtisar məsələsi yoxdur”.

Bunu APA-ya təhsil nazirinin müavini Mətin Eynullayev deyib.

Mətbuatda diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlərin ixtisarı ilə bağlı yayılan məlumatlara münasibət bildirən nazir müavini deyib ki, bütün hallarda müəllimlərin pedaqoji fəaliyyəti, onların öz vəzifələrinin öhdəsindən gəlib-gəlməməsi işəgötürən, yəni məktəb rəhbərliyi tərəfindən qiymətləndirilir və bu fəaliyyət təkcə diaqnostik qiymətləndirmənin nəticələrinə görə deyil, şagirdlərin tədris göstəriciləri, müəllimlərin pedaqoji ustalığı və digər zəruri keyfiyyətlərlə ölçülür: “Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə əvvəlki illərdən iki dəfə çox – 6000-ə yaxın vakansiya təqdim ediləcək. Nəticədə təhsil sisteminə savadlı müəllimlər işə götürüləcək. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın ana hədəflərindən biri də səriştəli təhsil verənin formalaşdırılmasına, onlarda zəruri kompetensiyaların aşılanmasına və təhsil verənlərin peşəkarlığının yüksəldilməsinə xidmət edir.

Bir daha xüsusi qeyd olunmalıdır ki, kütləvi informasiya vasitələri üçün keçirilən brifinqdə əslində medianın diqqətinə çatdırılan əsas məsələ müəllimlik fəaliyyətinə yüksək potensiala malik olan kadrların cəlb edilməsi fikrinin çatdırılmasıdır. Brifinqdə nazirlik əməkdaşları yanlış fikir söyləməklə düzgün ifadə seçməyib və bununla da mediada əslində mahiyyəti tam fərqli olan məlumatlar yer alıb.

Təhsil Nazirliyi Azərbaycan Respublikasında ən böyük işəgötürən qurumlardan biridir. Təhsil Nazirliyi tərəfindən  Azərbaycan Respublikası Prezidentinin  həyata keçirdiyi sosial yönümlü siyasət  əsas götürülməklə  təhsil sahəsində fəaliyyət göstərən müəllimlərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş işlər davam etdiriləcək”

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə