Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mədət Quliyev: “IV İslam Həmrəyliyi Oyunlarında heç bir təxribat qeydə alınmayıb”
Mədət Quliyev: “IV İslam Həmrəyliyi Oyunlarında heç bir təxribat qeydə alınmayıb”
27 May 2017 / 10:39 / Baxış sayı: 206
Font1 Font2 Font3 Font4

“IV İslam Həmrəyliyi Oyunlarında heç bir təxribat qeydə alınmayıb”.

“Report”un məlumaına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

Onun sözlərinə görə, DTX bu kimi halların qarşısını almaq üçün bir il əvvəldən başlayaraq müvafiq tədbirlər keçirməyə başlayıb: “Digər dövlətlərin xüsusi xidmət orqanları ilə bir yerdə, qarşılıqlı işləyirdik”.

M.Quliyev bildirib ki, İslamiadada fantastik uğurlar qeydə alınıb: “Medalların sayını gördünüz. Dünyanın heç bir yerində gənclərlə belə siyasət aparılmır, gənclərə bu cür diqqət yetirilmir. Təbii ki, bu uğurlar aparılan siyasətin məntiqi, davamlı nəticəsidir. Azərbaycanın birinci yerə çıxmağı təbii və məntiqlidir. Çünki Azərbaycanda idmana, gənclərə, tərəqqiyə böyük diqqət var. Bu baxımdan belə də olmalıydı”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə