Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Biz terrordan hədsiz dərəcədə hiddətlənirik”
“Biz  terrordan hədsiz dərəcədə hiddətlənirik”
27 May 2017 / 11:30 / Baxış sayı: 754
Font1 Font2 Font3 Font4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı məktubu göndərib. 

“Report”un məlumatına görə, mətndə deyilir:

“Hörmətli cənab Prezident,

Əl-Minya vilayətində avtobusun avtomat silahlardan atəşə tutulması nəticəsində əksəriyyəti uşaqlardan ibarət olan sərnişinlərin həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı.

Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, gündən-günə azğınlaşan terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını zəruri və vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə